Həndbol hakimlərimiz yeni təyinat alıblar

19.10.2021
862
Paylaş:

Həndbol  həvəskarlarının  diqqəti  bu  günlərdə  Avropa  Həndbol  Federasiyasının  kuboku  uğrunda  oyunlardadır.

Kişi  həndbolçuların  Avropa  kuboku  yarışında  maraqlı  görüşlərdən  biri  Türkiyənin  “Beykos”  və  Rusiyanın  “Krasnodar”  komandaları  arasında  olub.  Türkiyədə  keçirilən  ilk  oyunda  qonaqlar  1  xal  fərqi  ilə  qalib  gəliblər.  30-29.  Rəqiblərin  cavab  matçı  oktyabrın  23-də  Rusiyada  olacaq.  Krasnodarda  keçiriləcək  görüşü  Azərbaycan  hakimləri  idarə  edəcəklər.  Bu  qarşılaşmada  ədaləti  təmsil  etmək  Ernest  və  Emil  Ağakişi  qardaşlarına  həvalə  olunub.

Referilərimiz  oktyabrın  24-də  daha  bir  qitə  miqyaslı  qarşılaşmanı  da  idarə  edəcəklər.  Qadın  həndbolçuların  Avropa  Liqası  turnirinin  ikinci  mərhələsinin  “Kuban”  –  “Sola”  görüşündə  də  söz  sahibi  Emil  və  Ernest  Ağakişi  olacaq.   İlk  oyun  Norveç  klubunun  37-33  hesablı  qələbəsi  ilə  nəticələnib.  Təcrübəli  referilər  beynəlxalq  federasiyanın  göstərdiyi  növbəti  etimadı  da  layiqincə  doğrultmaq  əzmindədirlər.

Qeyd  edək  ki,  Azərbaycan  həndbol  hakimləri  və  hakim  inspektorları  mütəmadi  olaraq  beynəlxalq  yarışlara  dəvət  alırlar.

Digər Xəbərlər

Ölkə çempionatında növbəti oyunlar olub

787 03.12.2022

“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb

837 19.11.2017

İyunda Şotlandiyada Avropa Həndbol Federasiyasının illik konqresi keçiriləcək

938 19.05.2018

Orxan Abbasov Beynəlxalq Həndbol Federasiyasının Konqresinə qatılacaq

1068 06.11.2017

Avropa Kuboku: Garabagh HC - KH-7 BM. Granollers 15:48

561 30.09.2023

“Azəryol” həndbolçuları “İdman Akademiyası” kollektivini böyük hesabla məğlub ediblər

1124 06.11.2018

Həndbol üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı müzakirələr aparılıb

880 02.02.2017

Həndbol üzrə U-17 komandamız Gürcüstan millisinə qalib gəlib

796 04.05.2023