Ölkə çempionatında növbəti oyunlar olub

03.12.2022
2449
Paylaş:

Həftəsonu kişi həndbolçuların ölkə çempionatında növbəti oyunlar olub. Yarışın əsas favoritlərindən sayılan “Dinamo” komandası V turda  RİOEUGİM kollektivini sınağa çəkib. Nominal ev sahibinin tam üstünlüyü ilə keçən qarşılaşma 45:21 hesabı ilə nəticələnib.  
“Məhsul” – U-16 görüşündə də səviyyə fərqi hesabda əksini tapıb - 43:18. 
“İdman Akademiyası” – “Təhsil” matçı daha gərgin mübarizə ilə yadda qalıb. Bu qarşılaşmadan “İdman Akademiyası” kollektivi qələbə ilə ayrılıb - 31:24. 
RİOEUGİM komandası “Dinamo” ilə VI turun görüşündə də məğlubiyyətdən qurtula bilməyib. Görüş 52:21 hesabı ilə dinamoçuların xeyrinə nəticələnib. 
U-16 bu turda da “Məhsul”un qarşısını ala bilməyib – 16:45. 
“Təhsil” komandası isə “İdman Akademiyası” kollektivinə V turdakı məğlubiyyətin əvəzini çıxıb. Gərgin mübarizə ilə yadda qalan oyun 27:26 hesabı ilə “Təhsil”in xeyrinə nəticələnib. 
“Məhsul” 6 oyundan 17 xalla çempionatın lideridir. “İdman Akademiyası” 15 xalla 2-ci, iki oyun keçirən “Dinamo” 12 xalla 3-cü pillədədir. 4-cü pillədəki “Təhsil”in 9, 5-ci yerdə qərarlaşan “Bakı”nın 1 xalı var. RİOEUGİM və U-16 komandaları hələ ki, xal qazana bilməyib.

Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçularımız finalın bir addımlığında

3025 13.05.2017

VII tur: Azəryol - Qarabağ 28:27

2752 21.01.2024

Avropa çempionatı: FAR (Farer adaları) - ESP (İspaniya) 18:38

2567 10.08.2023

"Bakı” həndbol komandası “Çağırış kuboku” uğrunda mübarizəyə başlayır

3125 12.10.2018

“Azərsu” – “Nur” matçı gərgin mübarizə şəraitində keçib

2625 03.03.2018

Ölkə çempionatında növbəti tur başlanır

1511 13.05.2025

Azərbaycan çempionatı: VII turun ilk oyun gününün nəticələri

2603 11.01.2024

V İslam Həmrəyliyi Oyunlarında həndbol yarışları avqustun 7-də başlayacaq

2788 27.07.2022