Azərbaycanlı hakimlər Avropa çempionatında

06.08.2021
677
Paylaş:

Beynəlxalq  dərəcəli  həndbol  hakimləri Ernest  və  Emil  Ağakişi  ölkəmizi  daha  bir  nüfuzlu  yarışda  təmsil  edəcəklər.    Söhbət  19  yaşadək  həndbolçuların  Avropa  çempionatından  gedir.  Xorvatiyada  keçiriləcək  qitə  miqyaslı  yarışda  ədaləti  təmsil  edənlər  arasında  azərbaycanlı  referilər  də  olacaq.

Xatırladaq  ki,  bu,  Ernest  və  Emil  Ağakişinin  mötəbər  yarışlara  ilk  təyinatı  deyil.  Sözügedən  həndbol  hakimlərinin  yetirincə  beynəlxalq  təcrübəsi  var.  Avropa  çempionatına  dəvət  də  ali  həndbol  qurumlarının  onlara  etimadının  növbəti  göstəricisidir.

Qeyd  edək  ki,  avqustun  12-də  start  veriləcək  qitə  birinciliyinə  həmin  ayın  22-də  yekun  vurulacaq.

 

Digər Xəbərlər

“Bakı-2017”: Qadın həndbolçulardan ibarət millimiz finalda

648 13.05.2017

"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı

618 25.03.2018

Ulu öndərin xatirəsinə həsr edilən həndbol turniri keçiriləcək.

706 30.04.2018

Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

788 14.12.2018

“Bakı” liderlə xal fərqini aradan qaldırdı

41 29.04.2024

“Qarabağ” çətin dueldən qələbə ilə ayrıldı

79 20.04.2024

“Azəryol” “Çağırış kuboku”nda mübarizəyə qələbə ilə başlayıb

649 19.11.2017

İsgəndər Əsgərov növbəti təyinat alıb

297 12.10.2023