Azərbaycan kuboku yarışlarının qalibləri müəyyənləşib

02.04.2019
1080
Paylaş:

Həndbol  üzrə  ölkə  kuboku yarışlarınna yekun  vurulub.

“ABU Arena”da təşkil olunan final mərhələsində meydançaya əvvəlcə qadın həndbolçular çıxıblar.  Maraqlı  mübarizə  vəd  edən  “Azəryol”  -  “Azərsu”  görüşündə  “Azərsu”nun  imkanlarını  yüksək  qiymətləndirənlər  yanılıblar.  Ölkə  çempionatının  lideri  rəqibin  kuboka  gedən  yolunu  kəsə  bilməyib.  Hücumları  daha  effektli  alınan  “Azəryol”  29:20  hesablı  qələbə  ilə  yarışın  baş  mükafatına  layiq  görülüb.

Kişi  həndbolçuların  Azərbaycan  kubokunun  final  matçında  isə  “Məhsul”  və  “Bakı”  komandaları  münasibətləri  aydınlaşdırıblar.

Görüş  boyu  yüksək  əzmkarlıq  göstərən  rəqiblərin  məsələni  əsas  vaxtda  həll  etmək  istəyi  alınmayıb.  Hakimin  final  fiti  səslənərkən,  tabloda  hesab  28:28  olub. Qalibi  müəyyənləşdirmək  üçün  penalti  seriyasına  ehtiyac  duyulub  ki,  bu  mübarizədən  də  “Bakı”  məğlub  ayrılıb.  Rəqibdən  fərqli  olaraq  2  penaltini  dəqiq  yerinə  yetirən  “Məhsul”  həndbolçuları  ölkə  kubokunu  başları  üzərinə  qaldırıblar.

Final  oyunlarından  sonra  mükafatlandırma  mərasimi  olub.  Qalibləri  təbrik  edən  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov  dekabrda  start  verilən  yarışın  uğurla  başa  çatdığını  vurğulayıb.  Ölkədə  idmanın  inkişafına  göstərilən  yüksək  dövlət  qayğısından  söz  açan  federasiya  rəsmisi son  illərdə  həndbol  sahəsindəki  irəliləyişləri  də  bunun  məntiqi  nəticəsi  kimi  qiymətləndirib.  Qaliblərə  qarşıdakı  beynəlxalq  yarışlarda  uğurlar  arzulayan  Orxan  Abbasov  finalda  uduzan  komandaların  üzvlərinə  ruhdan  düşməməyi  tövsiyyə  edib.

Digər Xəbərlər

Bugünkü oyunların nəticələri

144 06.02.2024

Avropa çempionatı: İsrail - Farer adaları 22:38

506 06.08.2023

Həndbolçular növbəti Azərbaycan çempionatına hazırlığa start veriblər

563 19.07.2017

Qadın həndbolçulardan ibarət “Nur” klubu Avropa Həndbol Federasiyası kubokunda növbəti oyununu keçirib

642 16.10.2017

Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur

706 26.01.2020

Orxan Abbasov AHF-nin tədbirlərinə qatılacaq

977 21.01.2020

Azərbaycan Həndbol Federasiyasının nümayəndələri paytaxtda və bölgələrdə görüşlər keçiriblər

797 07.02.2017

Azərbaycan Avrokuboklarda qadınlardan ibarət dörd komanda ilə təmsil olunacaq

641 26.06.2018