Yeniyetmə həndbolçuların 14-cü açıq Avropa çempionatına yekun vurulub

07.07.2018
618
Paylaş:

İsveçin  Göteborq  şəhərində   16  yaşadək  həndbolçu  qızların  14-cü  açıq  Avropa  çempionatı  yekunlaşıb.

2002-2003-cü  il  təvəllüdlü  qızlardan  ibarət  milli  komandamız  sonuncu  oyun  günündə  Gürcüstan  millisi  ilə  qarşılaşıb.  Rəqib  komandanın  üstünlüyü  ilə  keçən  oyun  23:15  hesabi  ilə  başa  çatıb.

Yarışın  baş  mükafatına  finalda  Fransaya  31:30  hesabı  ilə  qalib  gələn  Macarıstan  sahib  çıxıb.  Bürünc  medala  İsveçrəni  26:18  hesabı  ilə  məğlub  edən  Rumıniya  layiq  görülüb.  Komandamız  yarışı  20-ci  yerdə  başa  vurublar.

Açıq  Avropa  turnirini  ilk  yeddi  pillədə  bitirən  Macarıstan,  Fransa,  Rumıniya,  İsveçrə,  Çexiya,  Niderland  və  İspaniya  kollektivləri  gələn  il  iyulun  20-dən  28-dək  Bakıda  keçiriləcək  Avropa  Gənclər  Yay  Olimpiya  Festivalında  iştirak  hüququ  qazanıblar.

Digər Xəbərlər

Həndbol üzrə seminara yekun vurulub

641 26.05.2022

Qadın həndbolçuların Azərbaycan çempionatına start verilib

762 19.11.2022

"Azəryol" "Challenge Cup” turnirində cavab oyununu keçirib

731 19.11.2018

Favoritlərdən növbəti qələbələr

808 10.03.2019

20 Yanvar Ümumxalq Hüzn Günüdür

150 20.01.2024

AHF nümayəndəsi Türkiyəyə yollanacaq

680 06.02.2017

Bu gün 8 Mart - Beynəlxalq Qadınlar Günüdür

105 08.03.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir

602 17.04.2023