Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəsi davam edir.
Həftəsonu “AHF Arena” da daha iki turun oyunları baş tutub. Çempionatın XXV turu liderin xal itkisi ilə yadda qalıb. Gərgin idman mübarizəsi vəd edən “Dinamo” - “İdman Akademiyası” görüşünün ilk hissəsi bərabərliklə başa çatıb. Fasilədən sonra fürsətlərdən daha layiqincə yararlanan “dinamoçular” oyunu qələbə ilə başa vurublar - 26:23. Turun digər oyunları maraqlı mübarizə ilə yadda qalıb. Bu, nəticələrdə də əksini tapıb. “Təhsil” “Bakı”nı 28:27, U-16 RİOEUGİM-i 23:22 hesabı ilə məğlub edib.
“İdman Akademiyası” ilə “Dinamo”nun XXVI turdakı dueli böyük maraqla gözlənilirdi. Çempionluğa iddialı rəqiblərin növbəti görüşündə “Dinamo” yarış cədvəlinin lideri ilə xal fərqini azaltmaq niyyətində idi. Amma qonaqlar istəyini reallaşdıra bilməyiblər. Yüksək əzmkarlıq nümayiş etdirən “tələbələr” tapşırığı yerinə yetiriblər – 24:23. Digər oyunlarda “Təhsil” “Bakı”ya 29:27, RİOEUGİM U-16-ya 31:22 hesabı ilə qalib gəlib.
İdman Akademiyası 54 xalla çempionatın lideridir. “Dinamo” ondan 12 xal geri qalır. “Məhsul” 41 xalla üçüncüdür. 4-cü pillədəki “Təhsil”in 36, 5-ci yerdəki “Bakı”nın 13 xalı var. RİOEUGİM və U-16 hərəyə 6 xalla sonrakı yerləri bölüşür.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
Ölkə çempionatı: VIII turun nəticələri
231
21.02.2026
Avropa kuboku: Bakı (Azərbaycan) - Oxrid (Şimali Makedoniya) 11:44 (7:24)
644
11.10.2025
Avropa çempionatı: Lüksemburq - İsrail 25:26
2817
05.08.2023
Təcrübəli referimiz yeni təyinat alıb
2559
25.02.2018
“Dinamo” liderliyi davam etdirir
1684
14.03.2025
Qadın həndbolçuların ölkə çempionatında XV turdan sonra turnir cədvəli
241
15.05.2026
Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək
2485
19.10.2023
Həndbol üzrə XXIX Azərbaycan çempionatına yekun vurulub
2720
29.05.2023