Çempionluq uğrunda gərgin mübarizə davam edir

21.04.2018
631
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  19-cu  tur  da  arxada  qalıb.

Mərkəzi  oyunda  çempionatın  lideri  "Azərsu"  ilə  qızıl  medallara  iddialı  "Azəryol"  qarşılaşıb.  Böyük  maraqla  gözlənilən  görüş  "Azəryol"  komandasının  inamlı  qələbəsi  ilə  nəticələnib  -  36:23.

Günün  digər  oyunlarında  favoritlər  növbəti  qələbə  ilə  azarkeşlərini  sevindiriblər.  Mingəçevirin  "Nur"  komandası  "Gənclər  Birliyi"  üzərində  33-10  hesablı  qələbə  çalıb.  "Qarabağ"  isə  "İdman  Akademiyası"  kollektivini  məğlubiyyətə  uğradıb  -  36:30.

Əsas  rəqibi  ilə  oyunda  məğlubiyyətə  rəğmən  "Azərsu"  29  xalla  yarış  cədvəlinin  zirvəsindədir.   "Azəryol"  son  turdakı  qələbə  ilə  liderlə  xal  fərqini  minimuma  endirib.  Aktivində  25  xalı  olan  "Nur"   ilk  üçlüyü  qapayır.  "Qarabağ"  23  xalla  4-cü  pillənin  sahibidir.  Autsayderlər  "Gənclər  Birliyi"  və  "İdman  Akademiyası"isə  4  xalla  beşinci  –altıncı   yerləri  bölüşürlər.

Çempionatın  sonuncu  turuna  aprelin  26-da  Mingəçevirdə  "Nur"  -  "Azəryol"  görüşü  ilə  start  veriləcək.  Aprelin  28-də  keçiriləcək  görüşlərdə   "Qarabağ"  "Gənclər  Birliyi"ni,  "Azərsu"   "İdman  Akademiyası"nı  sınağa  çəkəcək.

Digər Xəbərlər

"Məhsul" liderliyi davam etdirir

734 10.02.2020

Həndbol hakimlərimiz beynəlxalq oyunları idarə edəcəklər

677 15.11.2017

Qız həndbolçulardan ibarət millimiz Avropa çempionatına hazırlaşır

710 02.03.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

170 23.01.2024

17 yaşadək qızlar arasında "IHF Trophy" turniri: Kosovo-Azərbaycan 49:8

342 11.10.2023

Ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan həndbol turnirinə start verilib

739 09.05.2018

İslamiada: Təsəlliverici görüşlərdə Azərbaycan və Pakistan komandaları qələbə qazanıb

635 12.05.2017

Həndbol məşqçiləri üçün seminar keçirilib

793 13.02.2023