Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb. 10-cu turun ilk görüşündə “Məhsul” və “Təhsil” komandaları üz-üzə gəliblər. Meydançaya qələbə üçün çıxan “Məhsul” İlk dəqiqələrdən üstünlüyü ələ alaraq matçı qələbə ilə başa vurub – 33:24.
Günün digər oyununda “Bakı” U-18 komandasını sınağa çəkib. U-18 çox çalışsa da, rəqibin kəsərli həmlələrini zərərsizləşdirə biməyib. Daha inamlı oyun nümayiş etdirən “Bakı” azarkeşlərinin etimadını doğruldub – 35:22.
Növbəti qələbəsini qazanan “Məhsul” komandası 18 xalla çempionatın vahid lideridir. “Bakı” ondan iki xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.
Fevralın 15-inə təyin olunan 11-ci turda azarkeşlər “Bakı” - “Məhsul” “Təhsil” – U-18 görüşlərinin şahidi olacaqlar.
Fevralın 12-də isə qadın həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün “Qarabağ” “Azəryol”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Millimizin Özbəkistanla oyununun başlama saatı dəyişdirilib
517
15.11.2025
Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub
2302
12.08.2023
Azərbaycan çempionatı: "Kür" – "Bakı" 26:25 (16:14)
1684
13.10.2024
İslam Həmrəyliyi Oyunlarında millimizin ilk oyunu Qətərə qarşı olacaq
514
12.11.2025
Azərbaycan çempionatı: V tur “Bakı” - “Azəryol” 29:31
2403
16.12.2023
Final mərhələsində növbəti oyunlar olacaq
1366
28.03.2025
Azərbaycan kubokunda 1/4 final mərhələsinin oyun cədvəli
2404
23.05.2024
“Azəryol” “Qarabağ”ın müqavimətini çətinliklə qırıb
2698
02.02.2019