Həftəsonu Azərbaycan çempionatında maraqlı oyunlar gözlənilir

04.04.2025
165
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionatında final mərhələsi davam edir. Həftəsonu I-IV yerlər uğrunda yarışda növbəti oyunlar olacaq. Aprelin 5-də “AHF Arena”nın meydançasına əvvəlcə “Azəryol” və “İdman Akademiyası” komandaları çıxacaqlar. Bu qarşılaşmanın start fiti saat 10:00-da səslənəcək. İki saat sonra isə kişi həndbolçuların çempionatında “Azəryol”-“Bakı” görüşü başlanacaq. Bu oyun Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.


Aprelin 6-da da iki qarşılaşma olacaq. Saat 15:00-da Mingəçevirin “Kür” Olimpiya Tədris - İdman Mərkəzində keçiriləcək ilk oyunda qadınlardan ibarət “Kür” və “Qarabağ” komandaları üz-üzə gələcək. Saat 17:00-da isə kişilərdən ibarət “Kür” və “Qarabağ” kollektivləri meydançaya çıxacaqlar. Günün ilk matçı Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.


 

Digər Xəbərlər

2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib

1536 13.01.2023

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

1528 28.09.2022

Çempionluq mübarizəsi daha gərgin xarakter alıb

871 22.04.2024

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

182 31.03.2025

Azərbaycan çempionatı: III turun növbəti oyunları

498 28.09.2024

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

936 25.01.2024

Qadın həndbolçuların Azərbaycan çempionatında I turdan sonra turnir cədvəli

1341 14.11.2023

Azərbaycan çempionatı: V tur “Azəryol” - “Kür” 30:30

968 16.12.2023