Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər

31.03.2025
1028
Paylaş:

Emil Sərxanov: “Azəryol”  istəyini reallaşdıra bilər


“Azəryol”un həndbolçusu Emil Sərxanov “Kür” komandası üzərində qələbədən sonra AHF-nin mətbuat xidmətinin suallarını cavablandırıb. O, həm, sözügedən oyunla, həm də qarşıdakı mübarizə ilə bağlı düşüncələrini açıqlayıb. 


Çətin qələbə qazandınız. “Azəryol”un imkanlarını necə qiymətləndirirsiniz?


Biz birinci oyunu bu komandaya uduzmuşduq. İkinci qarşılaşmada heç-heçə eləmişdik. Düzdür, hər oyuna qələbə üçün çıxırıq, amma hələ ki bu oyunda məqsədimizə çata bildik. Ümid edirəm ki, gələn oyunlarda da qələbə qazanarıq. “Azəryol” bununla da istəyini reallaşdıra bilər.


Hər şey öz əlinizdədir, yoxsa, digər rəqiblərlərin də “Kür”dən xal alması lazımdır?


Əlbəttə ki, ilk olaraq bu tapşırığı yerinə yetirmək özümüzdən asılıdır. Yaxşı oynayıb qələbə qazanmalıyıq. Səhv etmirəmsə indiyədək 3-cü yerdə idik, amma ikinci yerlə fərqimiz elə də çox deyil. Gələn oyunlarda bundan da yaxşı oynayıb qarşıya qoyulan vəzifənin öhdəsindən gəlməyə çalışacağıq.

Digər Xəbərlər

“Challenge Trophy” yarışının qalibi məlumdur

2302 06.04.2018

“Kür” zirvəni qoruyur

1125 19.02.2025

Həndbol üzrə növbəti Azərbaycan çempionatına start veriləcək

1456 11.09.2024

Həndbolçularımız Tbilisidə keçiriləcək mötəbər yarışa qatılacaqlar

2230 22.04.2021

"İdman Akademiyası"ndan inamlı qələbə

1112 28.04.2025

“Azəryol” və “Qarabağ” həndbol komandaları növbəti qələbələrini qazanıblar

2351 17.01.2023

Həndbol hakimlərimiz yeni təyinat alıblar

2403 19.10.2021

Ölkə kubokunda daha üç oyun arxada qalıb

998 27.04.2025