Seçmə komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq mötəbər yarışa hazırlaşır. Söhbət Avropa Həndbol Federasiyasının Trofi turnirindən gedir. Komandamız yarışa yüksək səviyyədə hazırlığı təmin etmək məqsədi ilə həftədə 5 dəfə məşq edir. Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə keçirilən toplanışa 17 həndbolçu dəvət olunub. Seçmə komandamız aprelin 30-dək Bakıda davam edəcək məşqlərlə kifayətlənməyəcək. Mayın 5-dən 21-dək Gürcüstanda təlim-məşqə qatılacaq milli, həmin toplanış çərçivəsində keçiriləcək beynəlxalq turnirdə də qüvvəsini sınayacaq.
Xatırladaq ki, bütün bunlar iyun ayında Tbilisidə təşkil olunacaq Trofi turnirində ölkəmizi layiqincə təmsil etmək məqsədi daşıyır.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
Azərbaycan çempionatı: II turun son oyunu
1579
22.09.2024
“Azəryol” gərgin mübarizədən qalib ayrıldı
1637
23.03.2024
2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Şimali Makedoniya - Azərbaycan 40:17
2199
11.10.2023
"Azəryol"u Mingəçevirdə çətin sınaq gözləyir
1249
01.03.2025
Hakimlərimiz finala təyinat alıblar
2313
24.04.2018
Yeniyetmə həndbolçularımız beynəlxalq yarışa qatılacaqlar
2406
23.05.2018
"Bakı" ilə "Məhsul" ölkə kubokunun finalında
2274
02.03.2019
Avropa çempionatı: BIH (Bosniya və Herseqovina) - ISR (İsrail) 32:31
1961
13.08.2023