Həndbol həvəskarlarının diqqəti bu günlərdə Avropa Həndbol Federasiyasının kuboku uğrunda oyunlardadır.
Kişi həndbolçuların Avropa kuboku yarışında maraqlı görüşlərdən biri Türkiyənin “Beykos” və Rusiyanın “Krasnodar” komandaları arasında olub. Türkiyədə keçirilən ilk oyunda qonaqlar 1 xal fərqi ilə qalib gəliblər. 30-29. Rəqiblərin cavab matçı oktyabrın 23-də Rusiyada olacaq. Krasnodarda keçiriləcək görüşü Azərbaycan hakimləri idarə edəcəklər. Bu qarşılaşmada ədaləti təmsil etmək Ernest və Emil Ağakişi qardaşlarına həvalə olunub.
Referilərimiz oktyabrın 24-də daha bir qitə miqyaslı qarşılaşmanı da idarə edəcəklər. Qadın həndbolçuların Avropa Liqası turnirinin ikinci mərhələsinin “Kuban” – “Sola” görüşündə də söz sahibi Emil və Ernest Ağakişi olacaq. İlk oyun Norveç klubunun 37-33 hesablı qələbəsi ilə nəticələnib. Təcrübəli referilər beynəlxalq federasiyanın göstərdiyi növbəti etimadı da layiqincə doğrultmaq əzmindədirlər.
Qeyd edək ki, Azərbaycan həndbol hakimləri və hakim inspektorları mütəmadi olaraq beynəlxalq yarışlara dəvət alırlar.
Avropa çempionatı: Bosniya və Herseqovina - Litva 37:40
1845
06.08.2023
Həndbol üzrə Azərbaycan çempionatı davam edir
2741
13.11.2022
Azərbaycan və Şimali Makedoniya milli komandaları qarşılaşacaqlar
1543
03.04.2024
Qadın həndbolçularımızdan uğurlu start
2074
09.05.2017
Hakimlərimiz Avropa Kubokunda
1092
25.11.2024
“Dinamo” ən yaxın izləyicisini 2 xal qabaqlayır
899
16.04.2025
"Azəryol" növbəti qələbəni qazandı
2084
01.04.2018
"Qarabağ" liderlik mövqeyini möhkəmlədib
2202
07.11.2019