"Qarabağ" liderlik mövqeyini möhkəmlədib

07.11.2019
2635
Paylaş:

Qadın  həndbolçuların  Azərbaycan  çempionatında  IV  turun  görüşləri  olub.  “ABU  Arena”da  keçirilən  yarışın  növbəti  oyun  günündə  əvvəlcə  “Azəryol”  və  “Azərsu”  komandaları  üz-üzə  gəliblər.  Gərgin  mübarizə  ilə  yadda  qalan  oyunda  nominal  ev  sahibinin  imkanları  yüksək  qiymətləndirilirdi.  Son  ölkə  çempionu  ona  bəslənən  etimadı  doğruldub.  Qarşılaşma  “Azəryol”un  qələbəsi  ilə  nəticələnib  –  33:28.

Günün  digər  matçında  “Qarabağ”ın  qələbəsi  şübhə  doğurmurdu.  Keçirdiyi  bütün  oyunlard  məğlub  olan  “İdman  Akademiyası”  komandası  növbəti  uğursuzluqdan  da  yaxa  qurtara  bilməyib.  Daha  inamlı  oyun  nümayiş  etdirən  “Qarabağ”  51:27  hesablı  qələbə  ilə  liderlik  mövqeyini  möhkəmlədib.

Hazırda  bu  komandanın  aktivində  8  xal  var.  “Azəryol”  6  xalla  ikinci,  “Azərsu”  2  xalla  3-cüdür.  Autsayder  “İdman  Akademiyası”  nın  aktivində  xal  yoxdur.

Noyabrın  13-də  keçiriləcək  5-ci  turun  oyunlarında  “Qarabağ”  “Azəryol”la,  “Azərsu”  isə  “İdman  Akademiyası”  ilə  qarşılaşacaq.

 

Digər Xəbərlər

XI turun ilk oyun gününün nəticələri

2146 17.02.2024

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki

355 19.12.2025

Çingiz Əzimov: “Bakı”nın gənc həndbolçuları yaxın gələcəkdə əsas komandalarda çıxış edəcəklər

567 13.10.2025

“Bakı”nın həndbolçusu "Qarabağ"a keçdi

551 22.10.2025

Cəlilabad komandası zona yarışında qələbə qazandı

1524 26.03.2025

“Azəryol”-“Qarabağ” görüşü gərgin idman mübarizəsi ilə yadda qalıb

2524 21.02.2023

Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov Türkiyədə keçiriləcək oyuna dəvət alıb

2647 30.12.2021

Avropa çempionatı: LTU (Litva) - ESP (İspaniya) 19:41

2698 12.08.2023