Həndbol üzrə Azərbaycan çempionatında mübarizənin qızğın çağıdır.
Yarışın “AHF Arena” da keçirilən növbəti oyun günlərində əvvəlkilərdən fərqli olaraq, həm qadın, həm də kişi həndbolçuları mübarizə aparıblar. 13-cü turun ilk matçında “İdman Akademiyası” “U-16” ilə qarşılaşıb. Tələbələrin üstünlüyü ilə yadda qalan oyun 41:23 hesabı ilə başa çatıb. Turun “Qarabağ” - “Azəryol” görüşü daha gərgin idman mübarizəsi şəraitində keçib. Bu qarşılaşmada qonaqların qələbəsinə inananlar yanılmayıblar. Yüksək əzmkarlıq göstərən “Azəryol” rəqibi məğlubiyyətlə barışdırıb. 35:31.
Maraqlıdır ki, U-16 və “İdman Akademiyası” komandalarının 14-cü turdakı dueli də eyni hesabla nəticələnib - 41:23.
“Azəryol”la “Qarabağ”ın növbəti görüşü də gərgin mübarizə ilə yadda qalıb. Bir tur əvvəlki məğlubiyyətin əvəzini çıxmağa çalışan “Qarabağ”ın yüksək əzmkarlığı azarkeşlər tərəfindən alqışla qarşılanıb. Gənclər və İdman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasilevanın izlədiyi matç daha inamlı oyun nümayiş etdirən “Azəryol”un qələbəsi ilə başa çatıb – 30:28.
Aktivinə 34 xalı yazdıran “Azəryol” çempionatın lideridir. “İdman Akademiyası” ondan 14 xal geri qalır. “Qarabağ”ın 18, “Azərsu”nun 9, U-16-nın 3 xalı var.
Kişi həndbolçuların ölkə çempionatının 13-cü turunun “Dinamo” –“Məhsul” görüşündə yarış cədvəlindəki mövqeyini yaxşılaşdırmaq niyyətində olan “dinamoçular” mübariz xarakter nümayiş etdiriblər. Oyun 27:22 hesabı ilə nominal ev sahibinin xeyrinə nəticələnib. “Dinamo” komandasının 14-cü turun görüşündə də asan qələbə qazandığını söyləmək olmaz. Rəqibə ciddi müqavimət göstərən “Məhsul” həndbolçuları çox çalışsalar da, 1 top fərqi ilə məğlub olublar – 26:27.
10 oyundan sonra 27 xal toplayan “İdman Akademiyası” liderliyi davam etdirir. “Təhsil” 21 xalla 2-ci, “Dinamo” 18 xalla 3-cüdür. “Məhsul” 17 xalla 4-cü yerdədir. RİOEUGİM və U-16-nın hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb
2718
23.12.2018
Millimiz Portuqaliya ilə oyunlara hazırlaşır
2557
17.10.2022
Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini ürəkdən təbrik edirik!
2096
22.07.2024
Yeniyetmə qızlardan ibarət həndbol komandamız Rusiyada keçirilən festivala qatılıb
2564
06.06.2017
9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür
560
09.11.2025
Ölkə çempionatı: "Kür" - "İdman Akademiyası" 39:23 (18:10)
265
08.02.2026
“Azəryol” komandası “Qaliçanka” klubu ilə ilk oyununu keçirib
2869
07.09.2019
"Qarabağ"ın üzvü "Kür"ə keçdi
1339
08.09.2025