Aleksandr Revva: “Müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi”

07.10.2025
271
Paylaş:

Avropa kuboku turnirinin 1/32 final mərhələsində  Avstiyanın  “Yunion Kornoyburq” klubuna məğlub olaraq mübarizəni dayandıran “Azəryol”un baş məşqşisi Aleksandr Revva  AHF-nin mətbuat xidmətinə müsahibə verib. 


-Avropa kuboku turnirində Avstiya klubuna hər iki oyunda məğlub oldunuz. Həmin matçlar haqda nə deyə bilərsiniz?


-Bir məşqçi kimi ilk oyunda,  xüsusən də müdafiədə zəif çıxışımız məni çox təəccübləndirdi. Düşünürəm ki, rəqibimiz bizə münasib idi. Biz  onlara qalib gəlməli idik.  Komanda olaraq bu oyunlara hazırlaşdıq, rəqibin matçlarının videoyazısını  izlədik. Onların güclü və zəif tərəflərini təhlil etdik. 


 -Belə olan halda məğlubiyyətin əsas səbəbi nə idi?


-Hesab edirəm ki, məğlubiyyətin əsas səbəbi ikinci hissədə komandanın çox zəif müdafiə olunması idi.  Çox güman ki, oyunun  gec, yəni  Bakı vaxtı ilə saat 21-də keçirilməsi komandanın çıxışına mənfi təsir etdi.  Bəzi oyunçular ikinci yarıda çox zəif təsir bağışladı. Onlar sanki yuxudakı kimi meydanda qaçdıqlarını etiraf etdilər.  İkinci görüşümüzdən, xüsusən də həmin qarşılaşmanın ikinci hissəsindən razı qaldım. Lakin bu mərhələ adlamağımız üçün yetərli olmadı. 


-Komandanın gələcək hədəfləri nədir?


-Hazırda komandanın növbəti planlarına noyabrda Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarına hazırlıq daxildir.

Digər Xəbərlər

İnkişaf etməkdə olan ölkələrin çempionatı: Azərbaycan-Moldova 28:29

1130 16.03.2025

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq

2133 15.08.2017

Avropa Kuboku: ZRK Krivaja - Azeryol HC 31:29

2187 30.09.2023

Azərbaycan çempionatına yekun vurulub

2408 30.04.2019

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

2395 20.08.2017

Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub

101 04.12.2025

Həndbol hakimlərimiz Ernest və Emil Ağakişi qardaşları yeni təyinat alıblar

2223 18.02.2022

“Azərsu” “Qarabağ”la gərgin mübarizədən qalib ayrılıb

2450 23.12.2018