Kişi həndbolçuların ardınca qadın həndbolçuların Azərbaycan çempionatına da yekun vurulub. Son turun görüşlərində “Azərsu” “İdman Akademiyası”na 36:23 hesabı ilə qalib gəlib. Tbilisinin “Olimpiya” komandasının keçirdiyi iki oyunda isə bu nəticələr qeydə alınıb: “Olimpiya” – “Gənclər Birliyi” 31:14, “İdman Akademiyası” – “Olimpiya” 32:26.
Xatırladaq ki, bu mövsüm çempion adına qızıl medalları vaxtından əvvəl təmin edən “Azəryol” layiq görülüb. “Azərsu” gümüş, “Qarabağ” komandası isə bürünc mükafata sahib çıxıb.
Kişi həndbolçuların mübarizəsini isə “Məhsul” komandası qələbə ilə başa vurub. “Bakı” 2-ci, “Təhsil” 3-cü, U-16 isə 4-cü pillədə qərarlaşıb.
Fərqlənən komandalara və həndbolçulara federasiya tərəfindən diplom, medal və qiymətli hədiyyələr təqdim olunub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov digər iştirakçıları ruhdan düşməməyə çağırıb. Həndbolçularımızı iyul ayında daha bir ciddi sınaq gözlədiyini deyən federasiya rəsmisi, Avropa Gənclərinin Yay Olimpiya Festivalında komandalarımıza uğurlar arzulayıb.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Təhsil” ikinci pillədəki mövqeyini möhkəmlədib
1444
10.03.2025
Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Şirvan şəhərində görüş keçiriblər
3027
19.06.2022
Ölkə çempionatı: “Təhsil” - “Azəryol” 23:25 (13:12)
193
14.02.2026
Ölkə çempionatında növbəti tur başlanır
1465
13.05.2025
Qadın həndbolçuların ölkə çempionatında XV turdan sonra turnir cədvəli
108
15.05.2026
Yeniyetmələr arasında həndbol üzrə növbəti görüşlər keçirilib
2675
04.06.2022
Ölkə çempionatı: "Dinamo" - "Azəryol" 32:29 (18:16)
280
14.01.2026
Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir
2747
28.10.2018