Azərbaycan Həndbol Federasiyasının nümayəndələri Şirvan şəhərində görüş keçiriblər

19.06.2022
2651
Paylaş:

Azərbaycan  Həndbol  Federasiyasının   idman  şöbəsinin  müdiri  İsgəndər  Əsgərov,  baş  məşqçilər  Çingiz  Əzimov  və  Vidadi  Əliyev   Şirvan  şəhərində  həndbol  idman  növünün  durumu,  bu  sahədəki  problemlər,  uşaq  və  gənclər  məktəblərinin  mövcud  vəziyyəti  ilə  bağlı  görüş  keçiriblər.

Əvvəlcə  Şirvan Dövlət İqtisadiyyat  və Hümanitar Kollecinin  idman  zalına  baxış  keçirilib.  Həndbol  üzrə  fəaliyyət  göstərən  məşqçilərlə  ətraflı  müzakirələr  aparılıb,  təkliflər  dinlənilib.

Görüş  zamanı  komandanı  federasiyanın  nümayəndələri  ilə  tanış  edən  İsgəndər  Əsgərov  gələcək  planlardan  söhbət  açıb.  O,  yaxın  aylarda  yeniyetmə  qızlar  arasında  Azərbaycan  birinciliyinin  keçiriləcəyini  xüsusi  vurğulayaraq  komandaya  uğurlar  arzulayıb.

Yeni  yaradılmış  2008-2009-cu  il  təvəllüdlü  qızlardan  ibarət   komandaya  geyim  forması  və  toplar  hədiyyə  olunduqdan  sonra  federasiya  rəsmiləri  məşq  prosesini  izləyiblər.

Baş  məşqçilər  tərəfindən  oyun  qaydaları  haqqında  müəyyən  göstərişlər  verilldikdən  sonra  yeniyetmə  qızlar  arasında  oyun  keçirilib.

Növbəti  həftələrdə   Cəlilabad,  Tovuz  və  digər  rayonlara  səfərlər  planlaşdırılır.

 

                               

Digər Xəbərlər

Həndbol üzrə XXX Azərbaycan kubokuna start verilir

1620 21.05.2024

Final: Özbəkistan millisi - “Azəryol” (Azərbaycan) 29:32

1383 01.09.2024

Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

2463 06.03.2023

Lider mövqeyini bir qədər də möhkəmlədib

2630 03.11.2018

Azərbaycanın qadın həndbolçuları “Konya-2021” də növbəti qələbələrini qazanıblar

2663 09.08.2022

Azərbaycan çempionatı: VIII turun nəticələri

1249 17.12.2024

Azərbaycan çempionatında 5-ci turun oyunlarının vaxtı

2075 13.12.2023

Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir

2344 31.07.2018