Qadın həndbolçuların Azərbaycan çempionatında XIV tura Mingəçevirdə start verilib. Yerli “Kür” komandasının “Azəryol”la görüşünü beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Bu tur ərəfəsində hərəyə 19 xalla qonşu pillələrdə qərarlaşan rəqiblərin növbəti dueli də maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən görüşün ilk hissəsi əsasən xala-xal prinsipli oyunla yadda qalıb. Yalnız 20-ci dəqiqədən sonra təşəbbüsə yiyələnən meydança sahibləri hesabda irəli çıxmağı bacarıblar. “Azəryol”un fərqi aradan qaldırmaq cəhdləri uğursuz alınıb. Daha kəsərli hücumlar quran Mingəçevir həndbolçuları üstünlüyü qorumaqla fasiləyə 16:10 hesablı qələbə ilə yollanıblar.
Görüşün ikinci hissəsi ev sahibinin tam nəzarətində keçib. Qonaqların vəziyyəti dəyişmək üçün bütün cəhdlərinin qarşısını inamla alan “Kür” rəqibin müqavimətini kəskin həmlələrlə qırıb. Qapıçı Anastasiya Koquruçin də inamlı çıxışı sayəsində qarşıya qoyulan tapşırığı layiqincə yerinə yetirən Mingəçevir həndbolçuları etimadı doğruldublar. Rəqibi əksər göstəricilərdə üstələyən “Kür” azarkeşlərinə növbəti qələbə sevinci yaşadıb – 34:23. Əyalət təmsilçisi bu qələbə ilə lider “Qarabağ”la xal fərqini 1-ə endirib.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
VIII turun son oyunlarının nəticələri
1789
28.01.2024
“Azəryol” çempionluğa doğru irəliləyir
1055
16.04.2025
Azərbaycan çempionatı: I turun son oyunu
1540
15.09.2024
Həndbolçularımızın Krasnodar sınaqları davam edir
2426
08.02.2018
Seçmə komandamız Rusiyanın “Rostov–2” komandasını məğlubiyyətə uğradıb
2220
29.04.2017
İsgəndər Əsgərov Gürcüstanda keçiriləcək yarışa dəvət alıb
2320
15.07.2018
Azərbaycan çempionatında 5-ci turun oyunlarının vaxtı
2075
13.12.2023
Azərbaycan kubokunda 1/2 finalçılar məlumdur
2234
26.01.2020