2026-cı il Avropa çempionatının təsnifat turnirində növbəti oyunlar keçirilib

13.01.2023
2358
Paylaş:

Milli komandamızın Böyük Britaniya, Kipr və Malta seçmələri ilə birgə yer aldığı qrupda ikinci turun oyunları keçirilib. Bakı İdman Sarayında təşkil olunan yarışın növbəti günündə əvvəlcə Kipr və Malta komandaları üz-üz gəliblər. İlk turda Böyük Britaniya seçməsi ilə oyundan heç-heçə ilə ayrılan Kipr həndbolçuları bu görüşdə qələbə qazanıblar – 47:26.
Günün ikinci oyununda Azərbaycan millisi Böyük Britaniya kollektivi ilə qarşılaşıb. Turnirə Malta seçməsi üzərində qələbə ilə başlayan komandamız bu görüşdə də etimadı doğrultmaq əzmində idi. Gərgin mübarizə ilə yadda qalan oyunun ilk hissəsi britaniyalıların 16:8 hesablı üstünlüyü ilə başa çatıb. Fasilədən sonra vəziyyəti dəyişməyə çalışan həndbolçularımız yüksək əzmkarlıq göstərsələr də, oyun Böyük Britaniya komandasının qələbəsi ilə nəticələnib - 39:22.
Gənclər və idman naziri Fərid Qayıbov və AHF-nin vitse-prezidenti Orxan Abbasov tərəfindən görüşün ən yaxşı oyunçularına xüsusi mükafatlar təqdim olunub.
Qeyd edək ki, turnirə sabah yekun vurulacaq. Saat 12:45-də Böyük Britaniya - Malta görüşü başlanacaq. Saat 15:00-da isə Kipr və Azərbaycan komandaları meydançaya çıxacaqlar.

Digər Xəbərlər

“Astana” yarımfinala yüksəldi

1450 29.08.2024

Çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı başa çatıb

2401 20.08.2017

Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

2066 07.08.2023

Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi

100 03.12.2025

Həndbol komandalarımız Türkiyəyə yollanacaqlar

2268 06.09.2017

Azərbaycan çempionatı: III turun son oyunu

1446 30.09.2024

Kubokun finalçıları müəyyənləşdi

2107 06.03.2018

“Azəryol” zirvəni qoruyur

1090 13.02.2025