Avropa çempionatının qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib

07.08.2023
2065
Paylaş:

Bu gün 17 yaşadək həndbolçu  qızların Avropa çempionatında   qrup mərhələsinin üçüncü turunun oyunları keçirilib.


Bakı İdman Sarayında təşkil olunan yarışda əvvəlcə meydançaya Yunanıstan və İsrail komandaları çıxıblar. Maraqlı idman mübarizəsi ilə yadda qalan görüş İsrail həndbolçularının 28:22 hesablı qələbəsi ilə nəticələnib.


“A” qrupunda keçirilən Litva - Gürcüstan matçında litvalılar daha inamlı oyun nümayiş etdiriblər. Rəqibin sürətli həmlələrinə tab gətirə bilməyən Gürcüstan komandası 23:37 hesabı ilə məğlub olub.


“B” qrupunun İspaniya – Lüksemburq görüşü də favoritin asan qələbəsi ilə başa çatıb. Səviyyə fərqinin açıq-aşkar büruzə verdiyi oyundan ispaniyalılar qalib ayrılıblar - 33:13.


Millimiz 3-cü turda Bosniya və Herseqovina komandası ilə qarşılaşıb. Oyun 61:17 hesabı ilə rəqibin xeyrinə nəticələnib.


Qeyd edək ki, Avropa çempionatına avqustun 13-də yekun vurulacaq.

Digər Xəbərlər

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1343 06.01.2025

Ölkə çempionatına yekun vurulub

1044 17.05.2025

Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

2504 10.02.2019

“Azəryol ” ilk görüşünü qələbə ilə başa vurub

2660 17.11.2018

"Bakı" Azərbaycan kubokunun finalında

1140 21.05.2025

"Azəryol" autsayderlə oyunda çətinlik çəkmədi

1849 14.03.2024

“Kür” təcrübəli həndbolçunu heyətə cəlb edib

143 28.11.2025

Avropadan Azərbaycana böyük etimad

798 20.09.2025