“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

13.05.2024
789
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatı başa çatıb. Yarışa Mingəçevirdə yekun vurulub. “Kür” Olimpiya İdman Tədris Mərkəzində keçirilən oyunda çempion “Qarabağ” gümüş medalların sahibi “Kür”ün qonağı olub. XVI turun qarşılaşmasını Ləman Həmidova ilə Aydan Hüseynova idarə edib. Oyunun deleqatı isə beynəlxalq dərəcəli hakim Ələkbər Ağakişiyeva olub.


Bu, rəqiblərin yubiley çempionatındakı 4-cü görüşü idi. Bunadək keçirilən hər üçün oyunda “Qarabağ” qalib gəlmişdi. Mövsümün son matçında uğursuz seriyaya son qoymaq niyyətində olan Mingəçevir həndbolçuları meydançaya qələbə əzmi ilə çıxmışdılar. İstəklərini ilk dəqiqələrdən büruzə verən ev sahibləri startdakı fəallığı tabloda əks etdiriblər. Sürətli hücumları effektli alınan yerli komanda hesabda irəli çıxıb. Paytaxt həndbolçuları hissənin sonlarına yaxın fərqi iki topadək azaltsalar da fasiləyə “Kür” komandası üstün yollanıb - 16:14.


Oyunun ikinci hissəsi də eyni məcrada davam edib. Qələbəyə daha istəkli görünən Mingəçevir təmsilçisi rəqibin səhvlərindən faydalanaraq üstünlüyü bir qədər də artırıb. Bunun məntiqi nəticəsi kimi oyun 36:26 hesabı ilə başa çatıb. Qələbə sayəsində çempion “Qarabağ”la xal fərqini minimuma endirən “Kür” komandası mövsümü 25 xalla ikinci pillədə başa vurub. Aktivində 21 xalı olan “Azəryol” ilk üçlüyü qapayıb. 

Digər Xəbərlər

Orxan Abbasov: Azərbaycanda həndbola göstərilən yüksək diqqət daha böyük uğurların qazanılmasına zəmin yaradır

1882 07.11.2018

“Azəryol” çempionluğa doğru irəliləyir

132 16.04.2025

Yeniyetmə həndbolçular ölkənin ən güclüsünü müəyyənləşdirəcək

754 27.06.2024

"Məhsul"la "Bakı"dan növbəti qələbə

1354 28.01.2018

"Qarabağ" uğurlu seriyanı davam etdirir

1386 23.10.2019

Lider inamlı qələbə qazandı

959 25.03.2024

“Azəryol” və “Qarabağ” həndbol komandaları növbəti qələbələrini qazanıblar

1470 17.01.2023

Azərbaycan birinciliyinin zona yarışları start götürür

210 23.03.2025