Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilir.
Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək yarışlarda 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edəcək. Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparacaq. Oğlanlar arasında ölkə birinciliyinin final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Qızların mübarizəsində isə həlledcici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışacaq. Komandalar 2 qrupda mübarizə aparacaq. Azərbaycan birinciliyinin reqlamentinə əsasən qrupda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. Belə ki, A qrupunun lideri B qrupunda ikinci yerin sahibi ilə yarımfinalda üz-üzə gələcək.
İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman kompleksində keçiriləcək. Yarışın qaliblərinə diplomlar təqdim olunacaq.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
"Azəryol" və "Dinamo"dan növbəti qələbə
1222
15.02.2025
"Azəryol" növbəti qələbəni qazandı
2223
01.04.2018
Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib
2375
24.02.2017
Həndbol üzrə Azərbaycan çempionatına yekun vurulub
2319
01.05.2022
Azərbaycan çempionatında növbəti turun oyun cədvəli
2201
21.12.2023
Kubok mübarizəsi davam edir
1068
27.04.2025
Avropa Kuboku: Qarabağ (Azərbaycan) – Differdanj (Lüksemburq) 27:24 (16:14)
1549
05.10.2024
Avropa çempionatı: ESP (İspaniya) - LUX (Lüksemburq) 33:13
2250
07.08.2023