Son illər Azərbaycanda sürətlə inkişaf edən idman növlərindən biri də həndboldur. Həndbol ənənələrinin möhkəm olduğu Azərbaycanda idmanın bu növü həmişə populyar olub. Dünya Həndbol Federasiyasının prezidenti Həsən Mustafa Azərbaycana səfəri zamanı ölkəmizdə idmanın bu növünün inkişafından məmnunluğunu bildirib. O, həndbolun inkişafı üçün Azərbaycanda lazımi səviyyədə bazanın olduğunu qeyd edərək yaxın zamanlarda həndbol üzrə mötəbər yarışların Azərbaycanda keçiriləcəyinə, ölkəmizin digər idman yarışları kimi, həndbol turnirlərini də uğurla təşkil edəcəyinə əminliyini bildirib.
Azərbaycan Həndbol Federasiyasının (AHF) birinci vitse-prezidenti Orxan Abbasov AZƏRTAC-a məxsusi müsahibəsində ölkəmizdə idmanın bu növünün inkişafından, əldə olunan nailiyyətlərdən və perspektiv planlardan danışıb.
O.Abbasov vurğulayıb ki, Azərbaycan dövləti, eləcə də ölkəmizin Həndbol Federasiyası tərəfindən idmanın bu növünün inkişafına göstərilən yüksək diqqət və qayğı qarşıdakı illərdə daha böyük nailiyyətlərin əldə edilməsinə güclü inam və zəmin yaradır. Bu gün Azərbaycan həndbolu özünün dinamik inkişaf dövrünü yaşayır.
Azərbaycanda həndbolun bir müddət durğunluq dövrü yaşadığını vurğulayan O.Abbasov qeyd edib ki, 2016-cı ilin dekabrında federasiya rəhbərliyində dəyişiklik oldu. Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov federasiyanın prezidenti seçildikdən sonra bu qurumun tərkibi yeniləndi, işdə canlanma yarandı. Sonrakı mərhələdə komandaların sayı artırıldı və Azərbaycanda həndbolun inkişaf dövrü başladı. 2017-ci ilin mayında ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında qızlardan ibarət milli komandamız finalda Türkiyə yığmasına qalib gəldi və Azərbaycan yığması qızıl medal qazandı. Bu, qısa müddət ərzində əldə etdiyimiz ilk böyük uğurumuz idi.
“Azərbaycanda 9 həndbol klubu fəaliyyət göstərir. Onların 4-ü kişi, 5–i qadın komandasıdır. Builki ölkə çempionatı digərlərindən fərqlənir. Çempionatımıza Tbilisinin “Olimpiya” komandasını dəvət etmişik. Bu, açıq çempionat deyil, qonşu ölkənin idmançıları federasiyalar arasındakı sazişə əsasən dəvət olunublar. Azərbaycanın bəzi bölgələrində də (Gəncə, Göygöl, İsmayıllı, Qazax) yetişdirdiyimiz gənclərdən ibarət komandalar var. Həndbolu inkişaf etdirmək üçün güclü baza olmalıdır və hazırda bunun yaradılması üzərində çalışırıq”,- deyə O.Abbasov qeyd edib.
Həndbolçularımızın beynəlxalq yarışlarda iştirakından da danışan vitse-prezident deyib: “Bu yaxınlarda kişilərdən ibarət yığma komandamız Bosniya və Herseqovinada çağırış kubokunda iştirak etdi. Ondan əvvəl – ötən ay “Azərsu” komandası Polşada Avropa Həndbol Federasiyasının kubok yarışına qatıldı. Hər iki turnirdə həndbolçularımız yaxşı çıxış etdilər. Qarşıda bir çox yarışlarımız var. Avropa Həndbol Federasiyasının reytinqində 30-cu yerdə idik. Bir il ərzində 23-cü pilləyə yüksəlmişik. Bu, qısa vaxt ərzində böyük nailiyyətdir. Klublarımızdan biri Avropa çempionatında iştirak etmək üçün vəsiqə qazanıb. Bu da böyük nailiyyətdir. Həmçinin qadınlardan ibarət yığmamız noyabrda Makedoniyada dünya çempionatın seçmə mərhələsində iştirak edəcək. Kişilərdən ibarət millimiz isə yanvarda Avropa çempionatının seçmə mərhələsində iştirak etmək üçün Maltaya yola düşəcək”.
Gələn il Azərbaycanda mötəbər çoxnövlü idman yarışının - Avropa Gənclərinin Yay Olimpiya Festivalının keçiriləcəyini xatırladan AHF-in vitse-prezidenti bu turnirdə 2002-2003-cü il təvəllüdlü həndbolçuların da iştirak edəcəklərini vurğulayıb.
“Azərbaycan Həndbol Federasiyası ölkəmizdə idmanın bu növünün kütləviləşməsi istiqamətində rayonlarda və Bakıda gənc həndbolçuların yetişdirilməsi üçün idman məktəblərinə yardım edir, regional yarışlar keçirir. Gənclər və İdman Nazirliyi ilə birlikdə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan ənənəvi tədbirin keçirilməsi də nəzərdə tutulub. Ölkəmizdə həndbolun inkişafına göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildiririk”, - deyə O.Abbasov xüsusi vurğulayıb.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib
2154
08.09.2017
Həndbol komandalarımızın təlim-məşq toplanışlarına start verilir
2347
31.07.2018
“Azəryol”dan növbəti qələbə, “Bakı”nın ilk məğlubiyyəti
2224
17.04.2022
Kişi həndbolçularımız Gürcüstana yollanacaqlar
2261
24.02.2018
Qadın həndbolçularımızdan uğurlu start
2243
09.05.2017
Vidadi Əliyev cənub bölgəsinə koordinator təyin olunub
107
04.12.2025
Millimizin üzvü “IHF Trophy” turnirində fərqləndi
103
03.12.2025
Gərgin mübarizədə qalib müəyyənləşmədi
1848
30.03.2024