Kişi həndbolçuların Azərbaycan çempionatında XVI tura “Bakı” - “Qarabağ” görüşü ilə start verilib. Maraqla gözlənilən açılış matçını beynəlxalq dərəcəli hakimlər Ələkbər Ağakişiyevlə Ernest Ağakişi idarə edib. Deleqat funksiyasını isə digər beynəlxalq dərəcəli hakim Vaqif Əliyev yerinə yetirib. Bu tur ərəfəsində aktivindəki 19 xalla 3-cü pillədə qərarlaşan “Bakı” oyunun favoriti hesab olunurdu. Amma, rəqibindən 4 xal geri qalan “Qarabağ”a da güvənənlərin sayı az deyildi. Oyuna fəal başlayan komandaların xala-xal prinsipi hissənin ortalarında pozulub. Rəqibin səhvlərindən yararlanan “Qarabağ” hesabda üstünlüyə yiyələnib. Tədricən xal fərqini 5-ə də yüksəldən nominal qonaqlar azarkeşlərini qələbəyə ümidləndiriblər. Toparlanmağa çalışan “Bakı” hissənin sonlarındakı fəallıq sayəsində fərqi 3-ə endirib və ilk hissə 14:17 hesabı ilə başa çatıb.
İkinci hissəyə daha inamlı başlayan “Bakı” tezliklə fərqi aradan qaldırsa da, çox keçmədən qonaqlar yenidən təşəbbüsə yiyələniblər. Vəziyyəti dəyişməyə çalışan ev sahibinin və üstünlüyü qorumaq istəyən qonaqların aşırı canfəşanlığı gərgin anlara da səbəb olub. Nəticədə matçın sonuna 3 dəqiqədən də az qalmış “Qarabağ”ın həndbolçusu Nicat Əzizovla “Bakı”nın oyunçusu Albert Matyuxov qırmızı vərəqə ilə cəzalandırılıb. Bununla yanaşı, hər iki komandanın daha iki üzvü meydançadan kənarlaşdırıldığından rəqiblər oyunu 4 həndbolçu ilə davam etdiriblər. Bir top fərqi ilə irəlidə olan “Qarabağ” qələbəyə yaxın görünsə də pərəstişkarlarını sevindirə bilməyib. Son dəqiqədə penaltidən layiqincə faydalanan Sabir Nəzərəliyev “Bakı”nı məğlubiyyətdən qurtarıb – 36:36.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Avropa çempionatı: ESP (İspaniya) - LUX (Lüksemburq) 33:13
2828
07.08.2023
U18 Avropa çempionatı: Kosovo - Azərbaycan 44:27
1764
16.08.2024
Azərbaycan çempionatı: III tur
1940
29.09.2024
Komandalarımızın Avropa kuboklarındakı rəqibləri məlumdur
2715
18.07.2017
Bu gün Novruzun ikinci çərşənbəsi - od çərşənbəsidir.
239
03.03.2026
Həndbol komandalarımız Türkiyəyə yollanacaqlar
2516
06.09.2017
Silahlı Qüvvələr Gününüz mübarək!
2576
26.06.2024
Avropa Kuboku: "Kür” (Azərbaycan) - “MRK Sesvete” (Xorvatiya) 24:34
2495
21.10.2023