Qadın həndbolçuların Azərbaycan çempionatının 13-cü turunda diqqətlər “Qarabağ” – “Kür” görüşünə yönəlmişdi. Yarışın lideri ilə ən yaxın izləyicisinin oyununu beynəlxalq dərəcəli referi Ələkbər Ağakişiyevlə respublika dərəcəli hakim Eldar Əmirov idarə edib. Matçın deleqatı isə Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olub. Maraqlı mübarizə vəd edən qarşılaşmaya daha fəal başlayan ev sahibləri ilk dəqiqələrdən üstünlüyə yiyələnməyə çalışıblar. Qonaqların müdafiədə buraxdığı səhvlər bu istəyin reallaşmasına yardımçı olub. Bunun məntiqi nəticəsi kimi hesabda irəli çıxan “Qarabağ” fasiləyə 6 xallıq üstünlüklə yollanıb – 16:10.
Görüşün ikinci hissəsi də meydança sahiblərinin nəzarətində keçib. Hesabdakı üstünlüyü qorumaq üçün həm müdafiədə, həm də hücumda daha diqqətli çıxış edən “Qarabağ” intizamlı oyun sayəsində favorit statusunu təsdiqləyib. Vəziyyəti dəyişməyə çalışan “Kür”ün cəhdləri isə bəhrəsiz qalıb. Mingəçevir həndbolçuları çox çalışsalar da, istəklərinə çata bilməyiblər. Qonaqların tələsgənliyi bəzi epizodlarda əks-hücumlara yol açıb ki, bu fürsətlərdən layiqincə faydalanan Sergey Kamburun komandası matçı inamlı qələbə ilə başa vurub - 34:23.
Bu qələbə ilə xal sayını 22-yə çatdıran “Qarabağ” zirvədəki mövqeyini möhkəmlədib. “Kür” indi liderdən 3 xal geri qalır. Eyni xala malik “Azəryol” 3-cüdür. “İdman Akademiyası” 8 xalla 4-cü, “Bakı” 6 xalla 5-ci yerdədir. “Gənclər Birliyi”nin aktivində xal yoxdur.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Azərbaycan kubokunda 1/2 final mərhələsinin oyun cədvəli
2517
25.05.2024
XXXI Azərbaycan çempionatı: VI turun oyun cədvəli
1893
01.11.2024
Kişi həndbolçularımız Gürcüstana yollanacaqlar
2524
24.02.2018
Kişi həndbolçuların Azərbaycan çempionatında daha altı qarşılaşma keçirilib
2735
27.11.2022
"Azəryol" Azərbaycan çempionudur
1317
17.05.2025
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub
3534
12.05.2023
“Azəryol”da yeni transfer
446
28.10.2025
Bu gün millimizin rəqibi müəyyənləşəcək
2619
29.06.2022