“Kür” yenidən zirvəni ələ keçirdi

26.03.2024
965
Paylaş:

Kişi həndbolçuların 15-ci turunun mərkəzi görüşündə “Qarabağ” “Kür”ü qəbul edib. “AHF Arena”da keçirilən oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Bu oyun ərəfəsində aktivində 20 xalı olan “Kür” “Qarabağ”ı 5 xal qabaqlayırdı. Oyuna favorit qismində çıxan qonaqlar yenidən zirvəni ələ keçirmək, ev sahibləri isə mükafatlar uğrunda mübarizədə irəliyə doğru addım atmaq niyyətində idilər. Deleqatı Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov olan görüşü beynəlxalq dərəcəli hakimlər Vaqif Əliyevlə Ələkbər Ağakişiyev idarə edib.  “Kür” oyunun favoriti sayılsa da, “Qarabağ”ın da meydançaya qələbə üçün çıxdığı ilk dəqiqələrdən özünü büruzə verib. Xala - xal prinsipi ilə keçən hissənin yalnız sonlarına doğru tarazlıq pozulmağa başlayıb. “Qarabağ”ın buraxdığı səhvlərdən istifadə edən Mingəçevir həndbolçuları hesabda üstünlüyə yiyələniblər. Nəticədə fasiləyə qonaqlar irəlidə yollanıblar – 18:14. Bununla qələbəyə zəmin yaradan qonaqlar ikinci hissədə də rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Hissənin ortalarında doğru fərqi minimuma da endirən “Qarabağ” azarkeşlərini xeyli ümidləndirib. Matçın qalan vaxtında mübarizə daha da gərginləşib. Bunun nəticəsi kimi “Qarabağ”ın iki, “Kür”ün isə bir oyunçusu qırmızı vərəqə ilə cəzalandırılıb. Ev sahibləri yüksək əzmkarlıq göstərsələr də bu, məğlubiyyətdən qurtulmaq üçün yetərli olmayıb. Oyunun sonluğunu daha inamlı keçirən qonaqlar 38:34 hesablı qələbə qazanıblar.


 Aktivinə 22-ci xalı yazdıran “Kür” yenidən zirvəyə yüksəlib. Mingəçevir təmsilçisi ən yaxın izləyicisi “Azəryol”u 1 xal qabaqlayır. “Bakı” 19 xalla 3-cü, “Qarabağ” 15 xalla 4-cü yerdə qərarlaşıb. Aktivində 4 xalı olan “Təhsil” və hərəyə 3 xal toplayan “Dinamo” ilə “İdman Akademiyası” sonrakı pillələrdədirlər.

Digər Xəbərlər

Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb

1541 11.05.2018

Yeni Həndbol Liqası keçirilr

1675 24.01.2020

Azərbaycan birinciliyinin final mərhələsi başlandı

899 28.06.2024

Məşqçilərsiz qalan “Azəryol”dan əzmkar qələbə

1101 16.03.2024

"Dinamo" ilə "Gənclər Birliyi" turu qələbə ilə başa vurdu

244 10.02.2025

“Dinamo” liderliyi davam etdirir

224 14.03.2025

İsgəndər Əsgərovun 65 yaşı tamam olur

906 02.06.2024

"Məhsul"la "Bakı"dan növbəti qələbə

1359 28.01.2018