Ulu öndərin xatirəsinə həsr olunan həndbol turniri başa çatıb

11.05.2018
2353
Paylaş:

Ümummilli  lider  Heydər  Əliyevin  anadan  olmasının  95-ci  ildönümünə  həsr  olunan  beynəlxalq  həndbol  turnirinə  bu  gün  yekun  vurulub.

Yarış  təşkilatçıları  və  turnirə  qatılan  Gürcüstanın  nümayəndə  heyəti  həlledici  oyunlardan  əvvəl  Fəxri  xiyabana  gələrək  ulu  öndər  Heydər  Əliyevin  xatirəsini  dərin  hörmətlə  yad  edib,  məzarı  önünə  gül  dəstələri  qoyublar.

Turnirin  son  oyun  günü    gərgin  və  maraqlı  qarşılaşmalarla  yadda  qalıb.  “Batumi”  və  Gürcüstanın  “U-20”  komandasının  görüşündə  qalibin  adına  bir  xal  aydınlıq  gətirib  –  37:36.  Gərginliyi  ilə  heç  də  geri  qalmayan  “Bakı”  -  “Məhsul”  matçında  isə   ikincilər  41:39  hesabı  ilə  qalib  gəliblər.

Üç  gün  davam  edən  maraqlı  mübarizənin  nəticələrinə  əsasən,  “Məhsul”  komandası  yarışın  baş  mükafatına  layiq  görülüb.  “Bakı”  və  “Batumi”  kollektivləri  “ilk  üçlüyü”  qapayıblar.

Bağlanış  mərasimində  iştirakçılara  Azərbaycan  Həndbol  Federasiyasının  prezidenti  Saleh  Məmmədovun  salamlarını  çatdıran  federasiyanın  vitse-prezidenti  Orxan  Abbasov   Ulu  Öndərin  idmana  göstərdiyi  diqqət  və  qayğıdan  söz  açıb.  Həmin  siyasətin  bu  gün  prezident  İlham  Əliyev  tərəfindən  uğurla  davam  etdirildiyini  deyən  Orxan  Abbasov   Azərbaycanın  dünyanın  idman  mərkəzinə  çevrilməsini  məhz  bunun  bariz  nümunəsi  olduğunu  vurğulayıb.

Gözəl  və  maraqlı  mübarizəyə  görə  həndbolçulara  minnətdarlığını  bildirən  federasiya  rəsmisi   qaliblərə  təbriklərini  çatdırmaqla  yanaşı,  digər  komandaların  üzvlərinə  ruhdan  düşməməyi  tövsiyə  edərək   gələcək  yarışlarda  uğurlar  arzulayıb.  Bu  cür  turnirlərin  əhəmiyyətini  yüksək  qiymətləndirən  vitse-prezident  Gürcüstan  həndbolçuları  ilə  təcrübə  mübadiləsinin  gələcəkdə  də  davam  etdirilməsinin  vacibliyini  vurğulayıb.

Digər Xəbərlər

Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib

1997 13.11.2023

“Bakı-2017”: Qadın həndbolçularımız inamla irəliləyirlər

2214 11.05.2017

Azərbaycan çempionatında XI turun təqvimi

1801 16.02.2024

Yeniyetmə həndbolçular arasında turnir yekunlaşıb

2290 14.04.2017

İlaxır – Torpaq çərşənbəniz mübarək!

2050 19.03.2024

Azərbaycan Kuboku: final mərhələsinin nəticələri

1580 30.05.2024

Avropa çempionatı: GEO (Gürcüstan) - SLO (Sloveniya) 14:30

2022 09.08.2023

Ulu öndərin xatirəsinə həsr edilən həndbol turniri keçiriləcək.

2585 30.04.2018