Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib.
Yarışların rəsmi açılış mərasimində çıxış edən federasiyanın idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov bildirib ki, turnirin final mərhələsində Bakı ilə yanaşı, bölgə komandalarının da çoxluq təşkil etməsi sevindirici haldır. Bunu son illər regionlarda da həndbola marağın artması ilə izah edən İsgəndər Əsgərov belə yarışların davamlı keçirilməsinə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasına minnətdarlığını bildirib.
Qeyd edək ki, ölkə birinciliyində 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edir. Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparır. Oğlanlar arasında final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Oğlanların yarışında “Cəlilabad” “Bakı-1” ilə, “Mingəçevir” isə “Bakı-2” komandası ilə qarşılaşıb.
Qızların mübarizəsində isə həlledici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışır. Qızların turnirində ilk oyun “Bakı-1” və “Göygöl” arasında olub. Daha sonra “Bakı-2” “Gəncə” həndbolçuları ilə üz-üzə gəlib.
Qruplarda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman kompleksində keçirilir.
13.12.2025
"Bakı" çətinlik çəkmədən qələbə qazandı
11.12.2025
"Qarabağ"dan ardıcıl ikinci qələbə
Həndbol ictimaiyyətinə ağır itki üz verib
2753
27.09.2019
Avropa çempionatı: GRE (Yunanıstan) - GEO (Gürcüstan) 29:17
2157
13.08.2023
Çingiz Əzimov: “Bakı”nın gənc həndbolçuları yaxın gələcəkdə əsas komandalarda çıxış edəcəklər
236
13.10.2025
Final mərhələsində daha 3 oyun keçirilib
1131
01.02.2025
31 mart -Azərbaycanlıların Soyqırımı Günüdür
1040
31.03.2025
Təcrübəli həndbol mütəxəssisi İsgəndər Əsgərov Avropa çempionatında
1922
30.06.2022
Final mərhələsində növbəti oyunlar olacaq
1028
28.03.2025
AHF bir qrup həndbolçunun şər-böhtanlarını və qərəzli fikirlərini rədd edir
2300
12.11.2021