“Bakı-2017”: Həndbolçularımız İslamiadaya uğurla başlayıblar

09.05.2017
1417
Paylaş:

Bu  gün  IV  İslam  Həmrəyliyi  Oyunlarında  kişi  və  qadın  həndbolçuların  qrup  mərhələsinə  start  verilib.

"Sərhədçi"  İdman  Olimpiya  Mərkəzində  keçirilən  yarışda  8  komanda  iki  qrupda  mübarizə  aparır.  Kişilərin  turnirində  Azərbaycan,  Pakistan,  Əlcəzair  və  Səudiyyə  Ərəbistanı  "A"qrupunda,  Türkiyə,  İraq,  İordaniya  və  Mərakeş  isə  "B"  qrupunda  yarışır.

Qadınların  mübarizəsində   Azərbaycan,  Türkiyə,  Özbəkistan  və  Kamerun  milliləri  qələbəyə  iddialıdır.

Mübarizəyə  əvvəlcə  "A"  qrupunda  yer  alan  Səudiyyə  Ərəbistanı  və  Əlcəzair  komandaları  başlayıblar.  Görüş  26:13  hesabı  ilə  Səudiyyə  Ərəbistanının  xeyrinə  nəticələnib.  Milli  komandamızın  startı  da  uğurlu  alınıb.  Həndbolçularımız  Pakistanı  43:36  hesablı  ilə  məğlub  ediblər.  Komandamızın  üzvü  Maksim  Butenko  rəqib  qapısına  11  qol  vurub.

"B"  qrupunun  ilk  oyununda   Türkiyə  millisi  Mərakeşə  27:24  hesabı  ilə  qalib  gəlib.  İraq-İordaniya  görüşündə  isə  nominal  meydan  sahibləri  böyük  hesablı  qələbəyə  seviniblər   -  37:15.

Qadınların  turnirində  mübarizəyə  Türkiyə  -  Özbəkistan  matçı  ilə  start  verilib.  Yarışın  favoritlərindən  sayılan  Türkiyə  mübarizəyə  inamlı  qələbə  ilə  başlayıb  -  37:21.  Kamerun-Azərbaycan  görüşü  daha  maraqlı  alınıb.  Gərgin  mübarizə  şəraitində  keçən  qarşılaşma  həndbolçularımızın  28:26  hesablı  qələbəsi  ilə  yekunlaşıb.  10  dəfə  rəqib  qapısına  yol  tapan  Marina  Tankaskaya  qələbədə  əsas  pay  sahibi  olub.

 

 

                     

Digər Xəbərlər

Qadın həndbolçuların Avrokubok turnirlərinin püşkatma mərasimi keçiriləcək

1381 17.07.2017

Həndbol üzrə XXVIII Azərbaycan çempionatına kişi idmançıların mübarizəsi ilə start verilib

1459 21.03.2022

Həndbol üzrə XXIX Azərbaycan kuboku keçiriləcək

1343 03.05.2023

Azərbaycan çempionatına yekun vurulub

1618 30.04.2019

"Qarabağ"-"Azərsu" görüşündə gərgin mübarizə qeydə alınıb

1556 02.12.2017

"Nur" mərkəzi oyundan qələbə ilə ayrıldı

1429 25.03.2018

Bakıda həndbolçular üçün ustad dərsləri təşkil olunub

1051 12.08.2023

Azərbaycan çempionatı: “Bakı” turnir cədvəlində ikinci pilləyə yüksəldi

1049 27.02.2024