Həndbol üzrə XXVIII Azərbaycan çempionatına kişi idmançıların mübarizəsi ilə start verilib

21.03.2022
2577
Paylaş:

Martın  20-də  həndbol  üzrə  XXVIII  Azərbaycan  çempionatına  start  verilib.

Çempionatın  açılış  oyununda  Şağan  Olimpiya  İdman  Kompleksində  kişilərdən  ibarət  “Gənclər  Birliyi”  və  “Bakı” komandaları  üz-üzə  gəliblər.  Oyun  “Bakı”  kollektivinin  34:15  hesablı  qələbəsi  ilə  yekunlaşıb.

Sonra  meydana  qadın  həndbolçular  çıxıblar.  “İdman  Akademiyası”  komandası  ilə  görüşən  "Qarabağ"  klubu  qarşılaşmanı  öz  xeyrinə  başa  vurub  -  43:24.

Azərbaycan  Respublikasının  Dövlət  Himni  səsləndirildikdən  sonra  çempionatın  açılış  mərasimi  keçirilib.

Mərasimdə  çıxış  edən  Azərbaycan  Həndbol  Federasiyasının  (AHF)  vitse-prezidenti  Orxan  Abbasov  AHF-nin  prezidenti  Saleh  Məmmədovun  salamlarını  və  bayram  təbriklərini  yarış  iştirakçılarına  çatdırıb.  Ölkədə  idmana  göstərilən  yüksək  diqqət  və  qayğıya  görə  Azərbaycan  Prezidenti,  Milli  Olimpiya  Komitəsinin  rəhbəri  İlham  Əliyevə  və  Birinci  vitse-prezident  Mehriban  Əliyevaya  dərin  minnətdarlığını  ifadə  edən  O.Abbasov  bu  gün  həndbolçular  üçün  ikiqat  bayram  olduğunu  xüsusi  vurğulayıb.

Vitse-prezident  pandemiya  şəraiti  ilə  əlaqədar  uzun  sürən  fasilədən  sonra  həndbol  üzrə  növbəti  çempionatın  keçirilməsinə  göstərilən  dəstəkdən  danışaraq  Gənclər  və  İdman  Nazirliyinə  təşəkkürünü  bildirib.

Yeni  mövsümün  gərgin  və  maraqlı  mübarizə  şəraitində  keçəcəyinə  inandığını  bildirən  federasiya  rəsmisi  çempionatında  yarışan  komandalara  uğurlar  arzulayıb.

Açılış  mərasimi  başa  çatdıqdan  sonra  kişilərin  mübarizəsində  U  16  –  U  18  İdman  Akademiyası  komandalarının  görüşü  heç-heçə  başa  çatıb  -  29:29.

Daha  sonra  meydançaya  çıxan  “Azəryol”  və  “Azərsu”  kollektivlərinin  görüşündə  daha  inamlı  oyun  göstərən  “Azəryol”  rəqibini  böyük  hesabla  məğlub  edib  -  34:3.

İlk  oyun  gününün  sonuncu  "Təhsil"  -  "Məhsul"  matçı  isə  gərgin  və  maraqlı  idman  mübarizəsi  şəraitində  keçib.  Tərəflərin  cəhdlərinə  baxmayaraq,  görüş  sülhlə  yekunlaşıb  -  26:26

Xatırladaq  ki,  martın  26-da  isə  “Bakı  –  “Təhsil”,  “Qarabağ”  –  “Azəryol”,  U  18  İdman  Akademiyası  –  “Gənclər  Birliyi”,  “Azərsu”  –  “İdman  Akademiyası”,  “Məhsul”  –  U  16  qarşılaşmaları  keçiriləcək.

                                     

Digər Xəbərlər

“Azəryol” "Kristianstad”la mübarizəyə start verdi

2623 02.02.2018

“Olimpiya” komandasından ardıcıl qələbələr

2786 21.12.2018

IX turun oyun cədvəli

2260 30.01.2024

“Bakı-2017”: Kişi həndbolçularımız İslamiadaya qələbə ilə başlayıblar

2687 09.05.2017

Azərbaycan Həndbol Federasiyası ilin ən yaxşı federasiyası seçilib

2689 20.12.2017

Azərbaycan çempionatı: II turun ilk oyun gününün nəticələri

1667 20.09.2024

Azərbaycan çempionatında II dövrəyə yekun vurulub

2675 21.12.2019

"Nur" növbəti qələbəsini qazanıb

2781 04.02.2018