Həndbol üzrə XXIX Azərbaycan kuboku keçiriləcək

03.05.2023
2520
Paylaş:

Mayın 9-da Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş həndbol üzrə XXIX Azərbaycan kubokuna start veriləcək.
Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda iştirak edəcək.
Kişilərin turnirində Bakı, Təhsil, Məhsul, İdman Akademiyası, Dinamo, RİOEUGİM, U-16 qələbə uğrunda mübarizə aparacaq.
Qadın həndbolçuların yarışında isə Azəryol, Qarabağ, İdman Akademiyası, Azərsu, U-16 kollektivləri qüvvəsini sınayacaq.
Mayın 10-da saat 15:00-da “AHF Arena”da təntənəli açılış mərasimi keçiriləcək.
Qaliblərin mükafatlandırılması və yarışın bağlanış mərasimi isə mayın 11-də baş tutacaq.

Digər Xəbərlər

Azərbaycan kuboklarının sahibləri məlumdur

1987 31.05.2024

Ölkə çempionatı: “Azəryol”- “Qarabağ” 32:26 (15:13)

99 08.05.2026

Azərbaycan çempionatında növbəti oyunların nəticələri

1875 06.01.2025

Qadın həndbolçularımız finalda Türkiyə millisi ilə görüşəcəklər

2431 13.05.2017

Qadın həndbolçuların Azərbaycan çempionatında XV turun nəticələri

2697 11.03.2023

Qazaxıstan klubu Bakıda hazırlıq keçir

1580 01.11.2024

Həndbol yarışları dayandırıldı

2807 16.03.2020

Gürcüstan seçmə komandası Avropa çempionatına hazırlıq üçün Bakıya gəlib

2742 24.02.2017