“Azəryol” komandası yeni mövsümə hazırlığa start verib

18.09.2022
1463
Paylaş:

Həndbol üzrə Azərbaycan çempionu “Azəryol” komandası  yeni mövsümə hazırlığa start verib. “AHF Arena” idman kompleksndə keçirilən məşq prosesinə 14 idmançı cəlb edilib. Fiiziki və taktiki hazırlıqlarının artırılması üzərində işləyən kollektiv  Çingiz Əzimovun rəhbərliyi ilə  həftədə beş dəfə olmaqla, məşqlərə qatılır. Həm növbəti ölkə çempionatında, həm də  Avropa kuboku yarışlarında uğurla çıxış edəcəyinə ümid bəsləyən həndbolçularımız gərgin məşq edirlər.
Yeri gəlmişkən, qadın həndbolçuların Avropa Həndbol Federasiyası (EHF) kuboku turniri davam edir. “Azəryol” qitəmiqyaslı yarışda mübarizəyə ikinci təsnifat mərhələsindən qatılacaq. Komandamız püşkatmanın nəticəsinə görə Avstriyanın “Roomz Jags” klubu ilə üz-üzə gələcək. Razılaşmaya əsasən ilk qarşılaşma oktyabrın 8-də Avstriyanın Viner Noyştadt şəhərində olacaq. Rəqiblər ertəsi gün cavab matçına da, sözügedən şəhərin “Roomz Arena” idman kompleksində çıxacaqlar. İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda yarışın üçüncü təsnifat mərhələsinə yüksələcək.

Digər Xəbərlər

Həndbol komandalarımız məşqlərə başlayıblar

1290 06.09.2023

Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

1844 07.05.2019

Favoritlər növbəti qələbəni qazanıblar

1649 17.03.2019

Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

1435 10.11.2022

Lider paytaxtda xal itirdi

909 12.02.2024

ROPSTTM (Özbəkistan) - Azərbaycan 31:39 (18:20)

754 17.05.2024

Azərbaycan kubokunun sahibləri müəyyənləşdi

1499 07.03.2018

İsgəndər Əsgərov Belarusa yollanacaq

1764 12.11.2018