Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

07.05.2019
2683
Paylaş:

Səbail  rayon  məktəbliləri  arasında,  Ümummillli  lider  Heydər  Əliyevin  anadan  olmasının  96-cı  ildönümünə  hərs  olunan  həndbol  turnirinə  yekun  vurulub.  ABU  Arenada  keçirilən  yarışda  rayonun  10  təhsil  ocağının  komandası  mübarizə  aparıb.  Iki  gün  davam  edən  turnirin  finalında  160  saylı  klassik  gimnaziya  və  236  nömrəli  orta  məktəbin  şagirdləri  bacarıqlarını  göstəriblər.  Daha  yaxşı  oyun  nümayiş  etdirən  gimnaziyaçılar  10-2  hesablı  qələbə  ilə  turnirin  qalibi  adını  qazanıblar.

Üçüncü  yer  uğrunda  görüşdə  isə,  49  saylı  İntellekt  liseyin  komandası  51  nömrəli  orta  məktəbin  şagirdlərinə  2-1  hesabı  ilə  qalib  gəlib.  Fərqlənən  komandaların  üzvlərinə  diplom,  medal  və  hədiyyələr  təqdim  olunub.

Mükafatlandırma  mərasimində  iştirakçıları  salamlayan  Azərbaycan  Həndbol  Federasiyasının  vitse-prezidenti  Orxan  Abbasov,  yeniyetmələrdə  həndbola  marağın  artırılması,  kütləviliyin  təmin  olunması  baxımından  bu  cür  turnirlərin  əhəmiyyətini  yüksək  qiymətləndirib.

Qeyd  edək  ki,  yarış,  Azərbaycan  Həndbol  Federasiyası  və  Səbail  Rayon  Gənclər  və  İdman  İdarəsinin  birgə  təşkilatçılığı  ilə  keçirilib.

Digər Xəbərlər

İsgəndər Əsgərov Avropa kubokunun oyununa təyinat alıb

823 12.09.2025

Beynəlxalq dərəcəli hakimlərimizə yeni təyinatlar gəlib

2432 06.10.2017

“Azəryol” çempionluğa doğru irəliləyir

1055 16.04.2025

18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Günüdür

262 18.10.2025

Azərbaycan çempionatı: “Kür” mövsümdə ilk dəfə məğlub oldu

1726 19.02.2024

VII tur: Kür - İdman Akademiyası 49:16

1779 14.01.2024

Azərbaycan çempionatı: III turun son oyunu

1446 30.09.2024

Avropa Kuboku, III mərhələ: Qarabağ (Azərbaycan) - Qaliçanka (Ukrayna) 19:34 (6:14)

1337 17.11.2024