Lider paytaxtda xal itirdi

12.02.2024
2101
Paylaş:

Qadın həndbolçuların ölkə çempionatında 10-cu tur “Bakı” və “Qarabağ” komandalarının görüşü ilə başlayıb. Qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” liderlik keyfiyyətlərini bu oyunda da nümayiş etdirərək matçı 26:10 hesablı qələbə ilə tamamlayıb. Çempionatın autsayderi “Gənclər Birliyi” “İdman Akademiyası” ilə oyunda da azarkeşlərini məyus edib. “Tələbələr” 34:15 hesabı ilə üstün olublar. Turun mərkəzi görüşündə “Kür”lə  “Azəryol” üz-üzə gəlib. Xatırladaq ki, bu komandaların Bakıdakı duelində qalib müəyyənləşməmişdi. Qarşılaşmaya fəal başlayan Mingəçevir təmsilçisi ilk hissədə 13:10 hesabı ilə irəli çıxıb. Fasilədən sonra da inamlı oyun nümayiş etdirən ev sahibləri yekunda 29:23 hesabı ilə qalib gəliblər.


Xal sayını 15-ə çatdıran “Kür” “Azəryol”u qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 18 xalla “Qarabağ” başçılıq edir.


Kişi həndbolçuların yarışında 10-cu turunda “Dinamo”nu sınağa çəkən “Bakı”   böyük üstünlüklə qələbə qazanıb – 44:20.  “Azəryol” “İdman Akademiyası” ilə görüşdə çətinlik çəkmədən rəqibini məğlub edib - 40:19.  Turun ən maraqlı görüşü “Qarabağ” və “Kür” arasında olub. Çempionatın lideri olan qonaqlar paytaxtda xal itiriblər. Matçın əvvəlindən təşəbbüsə yiyələnən Mingəçevir həndbolçuları ilk hissədə 15:11 hesabı ilə üstün olublar. İkinci yarıda da “Kür” üstünlüyünü davam etdirib. Lakin görüşün sonlarına yaxın “Qarabağ” həndbolçuları geriliyi aradan qaldırıblar. Hətta matçın başa çatmasına saniyələr qalmış meydan sahibləri qələbə qolunu da vurmağa yaxın olublar. Amma, Ramazan Muradov penaltidən fərqlənə bilməyib. Beləliklə gərgin mübarizə 27:27 hesabı ilə yekunlaşıb.


10 turdan sonra “Kür” 17 xalla liderdir. Hesabında 12 xalı olan “Azəryol” və “Bakı” 2-ci - 3-cü yerləri bölüşür. Onlardan bir xal az toplayan “Qarabağ” 4-cü pillədədir.

Digər Xəbərlər

Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

2573 13.10.2019

Beynəlxalq turnir: “Qarabağ” (Azərbaycan) – “Alatau Arulary” (Qazaxıstan) 35:31

1956 30.08.2024

Ölkə çempionatı: “Kür”- “Qarabağ” 40:15 (18:07)

206 01.02.2026

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq

2443 15.08.2017

“Dinamo” ən yaxın izləyicisini 2 xal qabaqlayır

1375 16.04.2025

Kişi həndbolçularımız “Qraçanisa” klubu ilə oyuna hazırlaşır

2732 28.09.2022

Xocalı soyqırımını unutma!

272 26.02.2026

Qadın həndbolçuların Azərbaycan çempionatında XI turdan sonra turnir cədvəli

2587 21.02.2024