Qadın həndbolçuların ölkə çempionatında 10-cu tur “Bakı” və “Qarabağ” komandalarının görüşü ilə başlayıb. Qarşılaşmanın aşkar favoriti olan “Qarabağ” liderlik keyfiyyətlərini bu oyunda da nümayiş etdirərək matçı 26:10 hesablı qələbə ilə tamamlayıb. Çempionatın autsayderi “Gənclər Birliyi” “İdman Akademiyası” ilə oyunda da azarkeşlərini məyus edib. “Tələbələr” 34:15 hesabı ilə üstün olublar. Turun mərkəzi görüşündə “Kür”lə “Azəryol” üz-üzə gəlib. Xatırladaq ki, bu komandaların Bakıdakı duelində qalib müəyyənləşməmişdi. Qarşılaşmaya fəal başlayan Mingəçevir təmsilçisi ilk hissədə 13:10 hesabı ilə irəli çıxıb. Fasilədən sonra da inamlı oyun nümayiş etdirən ev sahibləri yekunda 29:23 hesabı ilə qalib gəliblər.
Xal sayını 15-ə çatdıran “Kür” “Azəryol”u qabaqlayaraq 2-ci pilləyə yüksəlib. Turnir cədvəlinə 18 xalla “Qarabağ” başçılıq edir.
Kişi həndbolçuların yarışında 10-cu turunda “Dinamo”nu sınağa çəkən “Bakı” böyük üstünlüklə qələbə qazanıb – 44:20. “Azəryol” “İdman Akademiyası” ilə görüşdə çətinlik çəkmədən rəqibini məğlub edib - 40:19. Turun ən maraqlı görüşü “Qarabağ” və “Kür” arasında olub. Çempionatın lideri olan qonaqlar paytaxtda xal itiriblər. Matçın əvvəlindən təşəbbüsə yiyələnən Mingəçevir həndbolçuları ilk hissədə 15:11 hesabı ilə üstün olublar. İkinci yarıda da “Kür” üstünlüyünü davam etdirib. Lakin görüşün sonlarına yaxın “Qarabağ” həndbolçuları geriliyi aradan qaldırıblar. Hətta matçın başa çatmasına saniyələr qalmış meydan sahibləri qələbə qolunu da vurmağa yaxın olublar. Amma, Ramazan Muradov penaltidən fərqlənə bilməyib. Beləliklə gərgin mübarizə 27:27 hesabı ilə yekunlaşıb.
10 turdan sonra “Kür” 17 xalla liderdir. Hesabında 12 xalı olan “Azəryol” və “Bakı” 2-ci - 3-cü yerləri bölüşür. Onlardan bir xal az toplayan “Qarabağ” 4-cü pillədədir.
13.05.2025
Ölkə çempionatında növbəti tur başlanır...
10.05.2025
"Qarabağ" zirvəyə yaxınlaşdı
Millimiz Litva seçməsinə qalib gəldi
905
28.02.2024
Millimiz Bolqarıstanda növbəti oyununu keçirib
1516
27.04.2023
Kişi həndbolçuların Azərbaycan çempionatında X turdan sonra turnir cədvəli
1159
13.02.2024
"Bakı" inamlı qələbə çalıb
1642
18.02.2018
Kişi həndbolçuların “Bakı-2017”dəki rəqibləri müəyyənləşib
1441
06.04.2017
Hakimlərimiz “Sloga Pojeqa”-“Lokomotiv” oyununu idarə edəcəklər
1374
07.02.2017
Ramazan bayramınız mübarək!
166
29.03.2025
Beynəlxalq turnir: "Azəryol” (Azərbaycan) – "Astana” (Qazaxıstan) 32:34
525
29.08.2024