Həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir

10.11.2022
2632
Paylaş:

Noyabrın 12-də həndbol üzrə XXIX Azərbaycan çempionatına start verilir.


Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarış “AHF Arena” idman kompleksində keçiriləcək.


Aprelin 30-dək davam edəcək çempionatda 7-si kişi, 5-i qadın olmaqla 12 komanda qüvvəsini sınayacaq.


"Dairəvi” sistem ilə keçirilən turnir dörd dövrədən ibarətdir.


Azərbaycan Həndbol Federasiyası tərəfindən təyin olunan hakimlər kollegiyasının idarə etdiyi yarışlarda yeni qaydalar tətbiq olunacaq.


Əsasnaməyə uyğun olaraq, komandaya qələbəyə görə üç xal veriləcək. Hesab bərabər olarsa, oyun penaltilər seriyası ilə davam etdiriləcək.


Qalib komanda iki, məğlub isə bir xal qazanacaq.


Çempionatda ilk üç yeri tutan həndbolçular nazirliyin diplomları və Azərbaycan Həndbol Federasiyasının medalları ilə təltif olunacaq. Həmçinin qaliblərə federasiya tərəfindən qiymətli hədiyyələr veriləcək.


Kişilər arasında 28, qadınlar arasında isə 20 tur oynanılacaq.


Çempionat ölkəmizdə həndbolun populyarlaşması və inkişaf etdirilməsi, idman təşkilatlarında təlim–məşq işinin təkmilləşdirilməsi, məşqçilərin və mütəxəssislərin peşəkarlığının, yığma komandaların tərkibinin müəyyənləşdirilməsi, qarşıdakı beynəlxalq yarışlarda ölkəmizi təmsil edəcək ən güclü və perspektivli idmançıların aşkarlanması məqsədini daşıyır.

Digər Xəbərlər

Kişi həndbolçuların ölkə çempionatında VII turdan sonra turnir cədvəli

189 19.02.2026

Çimərlik həndbolu üzrə ölkə çempionatında 10 komanda yarışacaq

2442 15.08.2017

Ümummilli Lider Heydər Əliyevi dərin hörmətlə anırıq!

86 10.05.2026

Yeniyetmə həndbolçularımız “Challenge Trophy” turnirində mübarizəyə başlayırlar

2487 29.05.2018

“Azəryol” həndbol komandası Avropa Həndbol Federasiyası (EHF) kuboku uğrunda növbəti oyununu keçirib

2694 08.10.2022

Azərbaycan həndbol ictimaiyyətinə ağır itki

354 19.12.2025

“Kür” yenidən zirvəni ələ keçirdi

1912 29.04.2024

Azərbaycan çempionatında fasilə başa çatdı

3049 06.02.2020