Klublarımız Avropa kuboku turnirində iştirak edəcək

10.07.2025
49
Paylaş:

Ölkəmizi həndbol üzrə Avropa kuboku turnirində təmsil edəcək klublar müəyyənləşib. Nüfuzlu yarışda iki kişi və iki qadın komandamız mübarizə aparacaq. Kişi həndbolçular arasında sonuncu Azərbaycan çempionatının qalibi “Kür” və gümüş mükafatçı “Bakı” qitə yarışına qatılacaq. Avropa kuboku turnirində ilk mərhələdən azad olan təmsilçilərimiz mübarizəyə ikinci raunddan qoşulacaq. Ümumilikdə bu mərhələdə qitənin 55 komandası yarışacaq. İlk mərhələdən gələn 9 komandadan sonra iştirakçılar mübarizəni 1/32 finaldan davam etdirəcəklər. İkinci raundun ilk oyunları oktyabrın 11-12-də, cavab matçları isə oktyabrın 18-19-da keçiriləcək.
Qadın həndbolçuların Avropa kuboku turnirində isə ölkəmizi Azərbaycan çempionu “Azəryol” və 3-cü yerin sahibi “Kür” təmsil edəcək. Bütün komandalar yarışa ikinci mərhələdən start verəcək. Burada 50 komanda yarışacaq. Reytinq xalı yüksək olan digər 7 klub isə turnirdə 3-cü mərhələdən çıxış edəcək. İkinci raundun ilk oyunları sentyabrın 27-28-də, cavab matçları isə oktyabrın 4-5-də baş tutacaq.

Digər Xəbərlər

Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

1897 03.04.2022

16 dekabr tarixində Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq qarşılaşmaların siyahısı

1011 15.12.2023

Şəhidlərimizi dərin ehtiramla yad edirik!

1402 27.09.2023

Qazaxıstan klubu Bakıda daha iki yoxlama oyunu keçirdi

581 05.11.2024

Kubokun finalçıları müəyyənləşdi

1434 06.03.2018

“Azəryol” həndbol komandasının məşqçisi beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb

1705 23.02.2022

“İdman Akademiyası” komandası Azərbaycan çempionatına başçılıq edir

1644 10.04.2023

Orxan Abbasov Beynəlxalq Həndbol Federasiyasının Konqresinə qatılacaq

1689 06.11.2017