“Azəryol” həndbol komandasının məşqçisi Fuad Yangildin beynəlxalq “Master Coach” lisenziyasına layiq görülüb. Təcrübəli mütəxəssis Avropa Həndbol Federasiyasının Moskvada keçirilən müvafiq kurslarını uğurla başa vurub. Onunla yanaşı Rusiya, Ukrayna və Estoniyanı təmsil edən həndbol mütəxəssisləri də həmin lisensiyaya yiyələniblər.
“Master Coach” qitə miqyaslı turnirlərdə yarışan milli komandalar və klubların çalışdırıcıları üçün vacib lisenziya sayılır. Sözügedən kursları müvəffəqiyyətlə bitirən məşqçilərə həmçinin “EHF PRO” lisenziyası da verilir ki, bu da qarşıdakı iki il ərzində mütəxəssislərin komandaları beynəlxlaq arenalara çıxarması üçün əhəmiyyətlidir. Sonradan həmin müddət daha iki il artırıla bilər.
Qeyd edək ki, Fuad Yangildin artıq 4 ildir ki, “Azəryol” komandasının uğurları üçün çalışır.
22.07.2026
22 İyul - Milli Mətbuat Günüdür
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
“Nur” komandasının Avrokubok oyunlarındakı hakimləri məlumdur
2520
26.08.2017
Yeniyetmə həndbolçular ölkə birinciliyində bacarıqlarını göstəriblər
2949
24.04.2017
“Kür” liderlik mövqeyini qoruyur
1353
17.04.2025
Avropa Kuboku: Qarabağ (Azərbaycan) – Differdanj (Lüksemburq) 27:24 (16:14)
2193
05.10.2024
Həndbol üzrə Azərbaycan kuboku uğrunda mübarizə başlanıb
2809
15.12.2017
AHF yeni mövsümə kubok yarışı ilə start verir
1082
18.09.2025
“Nur” yoxlama oyununda “Qarabağ”a qalib gəlib
2480
08.09.2017
Milli komandamız İtaliyaya yollanır
2986
30.07.2019