Həndbol klublarımız Avropa kubokunda mübarizəyə başlayır

04.10.2024
137
Paylaş:

Ölkə çempionu “Qarabağ” Avropa kubokunda mübarizəyə 1/32 finaldan başlayacaq. İlk rəqib Lüksemburqun  “Differdanj” klubudur. Qarşılıqlı razılaşmaya əsasən mərhələnin hər iki oyunu Bakıda olacaq. Oktyabrın 5-də “AHF Arena” İdman Kompleksində keçiriləcək ilk oyunda “Qarabağ” komandası nominal meydan sahibi olacaq. Qarşılaşma saat 14:45-ə təyin olunub. Bu komandaların cavab matçı isə 1 gün sonra, elə eyni saatda keçiriləcək. Turnirdəki digər təmsilçimiz “Azəryol” da rəqibi ilə Bakıda, “AHF Arena”da qarşılaşacaq. Ukraynanın “Qaliçanka” klubu ilə matçlar oktyabrın 5-də və 6-da saat 17-də olacaq. 
Azərbaycan kubokunun qalibi “Kür” isə Yunanıstan təmsilçisi “İonias” ilə səfərdə üz-üzə gələcək. Oktyabrın 5-i Afinanın Gimnastika Arenasında keçiriləcək ilk matçın start fiti Bakı vaxtı ilə saat 19-da səsləndiriləcək. Ertəsi gün isə bu komandaların dueli saat 17:30-da start götürəcək. 
Kişi həndbolçulardan ibarət “Kür” klubu Avropa Kubokuna mübarizəyə “Parnassos Strovolou” komandası ilə oyunlarla başlayacaq. Kipr təmsilçisi ilə  qarşılaşmalar Mingəçevirdə Kür Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunacaq. İlk oyun oktyabrın 26-ı saat 17-də, cavab matçı isə bir gün sonra saat 16-da keçiriləcək. 
Ölkə çempionatının gümüş mükafatçısı “Bakı” isə səfərdə meydana çıxacaq. Monteneqronun “Lovçen Çetine” komandası ilə hər iki matç rəqib meydanında oynanılacaq. Oktyabrın 26 və 27-ə təyin olunan qarşılaşmalar Bakı vaxtı ilə saat 20-də start götürəcək.

Digər Xəbərlər

"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə

890 08.04.2018

Həndbolçularımızın Krasnodar sınaqları davam edir

1037 08.02.2018

Gənc hakimlərimiz Açıq Avropa çempionatının oyunlarında

259 03.07.2024

Azərbaycan çempionatı: V tur “Azəryol” - “Kür” 30:30

512 16.12.2023

Azərbaycan birinciliyinin final mərhələsi başlandı

315 28.06.2024

“Azərsu” növbəti qələbəsini qazanıb

1254 27.10.2018

Qadın həndbolçularımızın sonuncu təlim-məşq toplanışı başlayıb

953 25.07.2022

Beynəlxalq dərəcəli hakimlərimiz növbəti təyinat alıblar

886 22.12.2017