Azərbaycan birinciliyinin final mərhələsi başlandı

28.06.2024
2126
Paylaş:

Həndbol üzrə qızlar və oğlanlar arasında Azərbaycan birinciliyinin final mərhələsinə start verilib.


 Yarışların rəsmi açılış mərasimində  çıxış edən federasiyanın idman şöbəsinin müdiri, Avropa Həndbol Federasiyasının nümayəndəsi İsgəndər Əsgərov bildirib ki, turnirin final mərhələsində Bakı ilə yanaşı, bölgə komandalarının da çoxluq təşkil etməsi sevindirici haldır. Bunu son illər regionlarda da həndbola marağın artması ilə izah edən İsgəndər Əsgərov belə yarışların davamlı keçirilməsinə görə Gənclər və İdman Nazirliyi, Azərbaycan Həndbol Federasiyasına minnətdarlığını bildirib.


 Qeyd edək ki, ölkə birinciliyində 2008-ci il və aşağı yaşlı yeniyetmələr iştirak edir. Həm oğlanların, həm də qızların turnirində 6 komanda mübarizə aparır. Oğlanlar arasında final mərhələsinə Bakının 2 təmsilçisi ilə yanaşı, 4 region komandası – Cəlilabad, Lənkəran, Mingəçevir və Qazax həndbolçuları vəsiqə qazanıb. Oğlanların yarışında “Cəlilabad”  “Bakı-1” ilə, “Mingəçevir” isə “Bakı-2” komandası ilə qarşılaşıb.


 Qızların mübarizəsində isə həlledici mərhələdə paytaxtın 3 komandası, həmçinin Şirvan, Gəncə və Göygöl kollektivi fəxri mükafat uğrunda yarışır. Qızların turnirində ilk oyun “Bakı-1” və “Göygöl” arasında olub. Daha sonra “Bakı-2” “Gəncə” həndbolçuları ilə  üz-üzə gəlib. 


Qruplarda ilk iki yeri tutan kollektivlər mübarizəni “play–off”da davam etdirəcək. İyunun 28-dən 30-dək davam edəcək turnirin görüşləri “AHF Arena” idman kompleksində keçirilir.     

Digər Xəbərlər

Azərbaycan çempionatı: II turun son oyunu

1905 22.09.2024

Kişi həndbolçuların Azərbaycan çempionatında  fasiləyə yekun vurulub.

2771 27.01.2019

“IHF Trophy” turniri: Böyük Britaniya- Azərbaycan 32:27 (14:15)

489 26.11.2025

Həndbol üzrə ölkə birinciliyində üç oyun keçirilib

2716 27.03.2022

Ölkə çempionatı: IV turun ilk oyun gününün nəticələri

352 09.01.2026

9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günüdür

627 09.11.2025

Kubokun finalçıları müəyyənləşdi

2435 06.03.2018

V-VI yerlər uğrunda növbəti oyunlar olacaq

1567 28.02.2025