Klublarımızın rəqibləri müəyyənləşdi

16.07.2024
169
Paylaş:

Həndbol üzrə Avropa Kubokunda təmsil edəcək komandalarımızın  rəqibləri müəyyənləşib.


Qitə miqyaslı yarışda  həm kişi, həm qadın həndbolçularımız mübarizə aparacaq.


2024/25-ci il mövsümünün püşkünə əsasən kişilərdən ibarət "Kür" komandasının rəqibi  Kipr təmsilçisi olacaq. Ölkə çempionu “Stravolo” kollektivi ilə qarşılaşacaq.  Çempionatın gümüş mükafatçısı “Bakı” isə startda Monteneqronun “Lofçen Çetinye” komandası ilə görüşəcək.


Qadın komandalarımızdan Avropa səhnəsində “Kür”, “Qarabağ” və “Azəryol” iştirak edəcək. Azərbaycan kubokunun qalibi olan “Kür” Yunanıstan təmsilçisi “İonias”,  ölkə çempionu “Qarabağ” Lüksemburqun “Differdanj”, “Azəryol” isə Ukraynanın “Qaliçanka” klubunun həndbolçuları ilə qarşılaşacaq. Təmsilçilərimiz yarışa 2-ci mərhələdən başlayacaq.


Kişilərin turnirində bu raundun oyunları  oktyabrın 19-20-i və 26-27-də, qadınların yarışında isə oktyabrın 5-6-ı və 12-13-də keçiriləcək. Avropa kuboku turnirində qitənin 63 kişi və 64 qadın komandası çıxış edəcək.

Digər Xəbərlər

Həndbol üzrə XXVII ölkə çempionatı başladı

920 09.10.2019

Hakimlərimizə yeni təyinat verilib

1049 08.11.2018

Avropa çempionatı: Azərbaycan - Sloveniya 06:58

679 06.08.2023

Qızlar arasında həndbol üzrə Avropa çempionatı Bakıda keçiriləcək

991 23.09.2022

Azərbaycanın qadın həndbolçuları qələbə seriyasını davam etdiriblər

874 11.08.2022

"Məhsul" daha bir inamlı qələb qazanıb

935 10.03.2020

"Məhsul" liderliyi davam etdirir

878 17.02.2020

Azərbaycan birinciliyinin zona yarışlarında ilk oyun gününün nəticələri

408 21.03.2024