Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib. Yarışın ilk oyununda “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib.
İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən görüşdə “Qarabağ” qələbə qazanıb - 35:21.
Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsinə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq, 17:00 və 19:00-da başlanacaq.
Azərbaycan çempionatının bütün oyunları “ABU Arena”da keçiriləcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
“Bakı-2017”: Kişi həndbolçularımız İslamiadaya qələbə ilə başlayıblar
2786
09.05.2017
“Azəryol” çempionluğa doğru irəliləyir
1416
16.04.2025
“Nur” növbəti qələbəsini qazanıb
2877
15.03.2018
“Azəryol” və “Kür” şərikli liderdir
1767
22.01.2025
Azərbaycan çempionatına yekun vuruldu
2438
28.04.2018
Azərbaycan çempionatı, IX tur: “Qarabağ”- “Azəryol” 23:28 (10:11)
1712
18.01.2025
Orxan Abbasov “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib
4690
23.06.2020
3-cü yer uğrunda: “Astana” (Qazaxıstan) - “Qarabağ” (Azərbaycan) 28:32
2187
01.09.2024