“Kür” yenidən zirvəni ələ keçirdi

29.04.2024
226
Paylaş:

 


Kişi həndbolçuların 18-ci turunun daha bir qarşılaşması Mingəçevirin “Kür” Olimpiya Tədris İdman Mərkəzi”ndə keçirilib. Şəhərin “Kür” komandasının “Qarabağ”la oyununu respublika dərəcəli referilər Famil Qasımovla Eldar Həmidov idarə edib. Oyunun deleqatı beynəlxalq dərəcəli hakim İsgəndər Əsgərov olub. Matçın favoriti sayılan ev sahibi bu oyuna yenidən vahid liderlik mövqeyini ələ keçirmək üçün çıxmışdı. Yarış cədvəlində ilk dördlüyü tamamlayan “Qarabağ” isə mükafatlar uğrunda mübarizədən qopmamaq üçün xal ehtiyatını artırmaq niyyətində idi. Görüşün startında rəqiblər bərabər oyun nümayiş etdiriblər. Tədricən sürəti artıran ev sahibinin fəallığı bəhrəsiz qalmayıb. İnamlı çıxış sayəsində irəli çıxan “Kür” ilk hissəni iki top fərqi ilə üstün tamamlayıb – 9:7. 


İkinci hissəyə də kəsəri hücumlarla başlayan Mingəçevir təmsilçisi hesabdakı fərqi bir qədər də artırmağa nail olub. Vəziyyəti dəyişməyə çalışan qonaqlar yüksək əzmkarlığa rəğmən istəklərini reallaşdıra bilməyiblər. Əksər kompanentlərdə rəqibi üstələyən “Kür” tapşırığı yerinə yetirib. Hətta ev sahibinin aparıcı oyunçularından sayılan Bojidar Lekoviçin 3 dəfə iki dəqiqəlik meydançadan kənarlaşdırılması və qırmızı vərəqə alması da qonaqların işinə yaramayıb. Yeri gəlmişkən, həndbolçuya qərara etirazını idmançıya yaraşmayan tərzdə bildirdiyinə görə göy vərəqə də göstərilib. Buna baxmayaraq üstünlüyü qorumağı bacaran Mingəçevir həndbolçuları matçı qələbə ilə başa vurublar - 27:21. Qələbədə əsas pay sahiblərindən biri rəqib qapısından 11 top keçirən Bozidar Simiç olub. 


Aktivinə 26-cı xalı yazdıran “Kür” çempionatın lideridir. “Bakı” ondan 2 xal geri qalır.  “Azəryol” 20 xalla 3-cü, “Qarabağ” 18 xalla 4-cü yerdə qərarlaşıb. “Təhsil”in 6, “Dinamo”nun 5, “İdman Akademiyası”nın 3 xalı var.

Digər Xəbərlər

Hakimlərimiz finala təyinat alıblar

816 24.04.2018

Bakıda beynəlxalq həndbol turnirinə start verilib

923 08.05.2019

Həndbol üzrə Azərbaycan çempionatında yenilk qeydə alınıb

861 20.10.2017

Kişi həndbolçuların dördüncü dünya çempionatı davam edir

721 29.04.2023

Qadın həndbolçularımız çempionluğun bir addımlığında

852 14.05.2017

“Azəryol” daha bir inamlı qələbə qazanıb.

872 14.10.2017

Beynəlxalq turnirin ilk oyun gününün cədvəli

62 27.08.2024

XXX Azərbaycan çempionatı: I turun ilk oyunlarının nəticələri

707 11.11.2023