Hakimlərimiz finala təyinat alıblar

24.04.2018
2795
Paylaş:

Azərbaycanın  beynəlxalq  dərəcəli  həndbol  hakimləri  daha  bir  yüksək  etimada  layiq  görülüblər.

Qadın  həndbolçuların  “Çelenc  kuboku”  turnirininin   final  mərhələsinin  cavab  matçını  Vaqif  Əliyevlə  Ələkpər  Ağakişiyev  idarə  edəcək.  Referilərimiz  Polşanın  “MKS  Perla  Lüblin”  və  İspaniyanın  “Rokasa  Qran  Kanariya”  komandalarının  görüşündə  söz  sahibi  olacaqlar.  Mayın  13-də  Polşanın  Lüblin  şəhərində  keçiriləcək  oyunda  Avropa  Həndbol  Federasiyasını  rusiyalı  Lüdmila  Bodniyeva  təmsil  edəcək.

Qeyd  edək  ki,  bu  komandaların  ilk  qarşılaşması   mayın  5-də  İspaniyada  təşkil  olunacaq.

Digər Xəbərlər

“IHF Trophy” turniri: Bolqarıstan - Azərbaycan 47:24 (21:12)

489 29.11.2025

“Nur” və “Qarabağ” komandaları yoxlama görüşündə üzləşəcəklər

2592 07.09.2017

“Kür” inamla çempionluğa doğru irəliləyir

143 20.04.2026

31 mart Azərbaycanlıların Soyqırımı Günüdür

2985 31.03.2024

Azərbaycan kubokunda ilkin mərhələ yekunlaşdı

2457 30.01.2020

“Nur” komandası “Viborq” kollektivi ilə ilk oyununu keçirib

2907 14.10.2017

"Qarabağ" - "Azərsu" matçında gərgin mübarizə

2495 08.04.2018

İsgəndər Əsgərov Avropa kubokunun oyununa təyinat alıb

1177 12.09.2025