Qadın həndbolçuların Azərbaycan çempionatında final mərhələsinin növbəti turuna aprelin 18-də start veriləcək. Həmin gün saat 11:30-da I-IV yerlər uğrunda yarışan “Qarabağ”la “İdman Akademiyası” üz-üzə gələcək. Ertəsi gün saat 12:00-da “Azəryol” və “Kür” komandaları qarşılaşacaqlar. “AHF Arena”da keçiriləcək oyun Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq.
Kişi həndbolçuların final mərhələsində I-IV yerlər uğrunda yarışan komandaların növbəti turu isə aprelin 19-da start götürəcək. Saat 10:00-da “AHF Arena”nın meydançasına “Bakı” və “Qarabağ” komandaları çıxacaqlar. Aprelin 20-nə təyin olunan “Kür”-“Azəryol” görüşü daha böyük maraqla gözlənilir. Saat 15:00-da “Kür” Olimpiya Tədris-İdman Mərkəzində başlanacaq oyun Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsində və “YouTube” kanalında canlı yayımlanacaq. Aprelin 23-də isə saat 19:30-da “Qarabağ” – “Azəryol” matçının start fiti səslənəcək.
28.05.2026
28 May - Müstəqillik Gününüz mübarək!
27.05.2026
Müqəddəs Qurban bayramınız mübarək!...
Seçmə komandamız Rusiyanın “Rostov–2” komandasını məğlubiyyətə uğradıb
2665
29.04.2017
Azərbaycanın beynəlxalq dərəcəli hakimi yeni təyinat alıb
2619
30.08.2017
Azərbaycan çempionatı: IV turun oyun cədvəli
2548
01.12.2023
Ölkə çempionatı: “Təhsil” - “Azəryol” 23:25 (13:12)
225
14.02.2026
2025-ci ilin idman yekunlarına həsr olunmuş qala mərasimi keçirilib
411
23.12.2025
Həndbol üzrə Azərbaycan çempionatının açılış mərasimi keçirilib
2483
16.02.2017
Azərbaycan kuboku uğrunda yarışın ilk mərhələsi başa çatıb
2826
17.12.2017
Həndbol üzrə Azərbaycan kuboku yarışlarına yekun vurulub
3621
12.05.2023