Qadın həndbolçuların yarışında 12-ci və 13-cü turun oyunları keçiriləcək

13.03.2024
107
Paylaş:

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar  keçiriləcək. 13-cü tura “Bakı” - “Gənclər Birliyi” matçı ilə start veriləcək. Martın 14-ə təyin olunan autsayderlərin qarşılaşması saat 17-də başlanacaq.


Turun mərkəzi görüşü martın 16-da olacaq. Lider “Qarabağ” çempionatın iddialı komandalarından olan “Azəryol”u qəbul edəcək. Azərbaycan Həndbol Federasiyasının rəsmi “Facebook” səhifəsi və “Youtube” kanalından canlı yayımlanacaq bu oyunun start fiti saat 12-də səsləndiriləcək. Hər iki matç “AHF Arenda” təşkil olunacaq. Həftə sonu azarkeşləri daha bir qarşılaşma gözləyir. “Kür” komandası martın 17-də “İdman Akademiyası” həndbolçuları ilə üz-üzə gələcək. 12-ci turdan təxirə salınmış bu görüş saat 12-də “Kür” Olimpiya Tədris-İdman Mərkəzində olacaq.

Digər Xəbərlər

Həndbol üzrə XXIX Azərbaycan kuboku yarışının açılış mərasimi olub

756 11.05.2023

Qadın həndbolçuların Azərbaycan çempionatında VII turdan sonra turnir cədvəli

195 23.01.2024

Azərbaycan çempionatı: VIII turun oyun cədvəli

168 25.01.2024

Favoritlər etimadı doğruldublar

635 21.01.2018

Azərbaycan kubokunun finalçıları müəyyənləşib

877 03.03.2019

Azərbaycan çempionatı: “Bakı” turnir cədvəlində ikinci pilləyə yüksəldi

189 27.02.2024

Qadın həndbolçuların Azərbaycan çempionatında VI turdan sonra turnir cədvəli

226 28.12.2023

Təcrübəli referimiz yeni təyinat alıb

619 25.02.2018