Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib

13.11.2023
361
Paylaş:

Həndbol üzrə 30-cu Azərbaycan çempionatına start verilib. 


Yubiley yarışında ilk turun oyunları keçirilib. “AHF Arena” və Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində təşkil olunan qarşılaşmalarda azarkeşlər maraqlı mübarizələrin şahidi olublar. 


Kişilərin turnirində 7, qadınların yarışında isə 6 komanda fəxri mükafatlar uğrunda mübarizəyə başlayıblar.


Kişilərin yarışında yeni mövsüm “İdman Akademiyası” və “Dinamo” həndbolçularının qarşılaşması ilə start götürüb. “AHF Arena”da təşkil olunan görüş “İdman Akademiyası”nın 36-21 hesablı qələbəsi ilə yekunlaşıb.


Turun mərkəzi oyunu “Azəryol” və “Qarabağ” arasında olub. Nominal qonaqlar ilk hissədə 13-7 hesabı ilə önə keçiblər. Fasilədən sonra “Azəryol” həndbolçuları rəqiblərinə ciddi müqavimət göstəriblər. Hətta matçın sonlarına yaxın meydan sahibləri fərqi minimuma endirməyə də nail olublar. Lakin daha inamlı oyun nümayiş etdirən “Qarabağ” gərgin mübarizənin yekununda 25-22 hesabı ilə qalib gəlib.


“Kür” Olimpiya Tədris-İdman Mərkəzində keçirilən “Kür” – “Təhsil” matçında isə meydan sahibləri çətinlik çəkmədən qələbə qazanıblar. “Kür” həndbolçularının 50 dəqiq zərbəsinə qonaqlar 17 qolla cavab veriblər. 


Qadınların çempionatında mövsümün ilk görüşü “Bakı” və “İdman Akademiyası” arasında keçirilib. “Tələbələr” 11 top fərqi ilə üstün olublar. 33-22.


“Kür” Olimpiya Tədris-İdman Mərkəzində isə yerli “Kür” komandası “Qarabağ”ı qəbul edib. Paytaxt klubu ilk hissəni 13-10 hesabı ilə xeyirinə tamamlayıb. İkinci yarıda “Kür” həndbolçuları fəallaşsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər. Beləliklə görüş “Qarabağ”ın 25-24 hesablı qələbəsi ilə başa çatıb. 


Gənclər və İdman Nazirliyi və Azərbaycan Həndbol Federasiyasının birgə təşkil etdiyi yarışın ikinci turunun oyunları noyabrın 18-i və 19-da keçiriləcək.

Digər Xəbərlər

Həndbol üzrə seminara yekun vurulub

663 26.05.2022

Qadın həndbolçularımız təlim-məşq toplanışlarını davam etdirir

645 07.07.2022

Favoritlərin növbəti qələbəsi

704 25.11.2019

Azərbaycan çempionatının ən sərrast oyunçuları

753 30.04.2018

Azərbaycanın həndbol komandalarının avrokubok yarışlarındakı rəqibləri məlum olub

769 17.07.2018

"Azərsu"nun çempionluğu rəsmiləşdi

680 26.04.2018

Azərbaycanlı hakimlər yeni təyinat alıblar

912 30.08.2019

AHF-nin vitse-prezidenti Avropa Həndbol Federasiyasının tədbirində iştirak edəcək

925 16.09.2020