Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək

19.10.2023
424
Paylaş:

Həndbol üzrə 30-cu Azərbaycan çempionatı yeni formatda keçiriləcək. Yubiley çempionatında 7-si kişilərdən, 6-sı qadınlardan ibarət olmaqla 13 komanda mübarizə aparacaq.
Kişilərin 4 dövrədən ibarət 20 turluq yarışı iki mərhələdə baş tutacaq. İlkin mərhələni əhatə edəcək 14 turda komandalar iki dəfə bir-biri ilə qarşılaşacaqlar. İkinci mərhələdə isə ilk 4 yeri tutan komandalar və 5-7-ci pillələrdə qərarlaşan kollektivlər dairəvi sistemlə iki dəfə üz-üzə gələcəklər.
Qadın həndbolçular da 10 turdan ibarət ilkin mərhələdə və daha 6 turu əhatə edəcək ikinci mərhələdə eyni sistemlə mübarizə aparacaqlar.  Yarışın həlledici oyunlarında “ilk dördlük”də qərarlaşan komandalar və 5-6-cı yerlərin sahibləri məsələyə aydınlıq gətirəcəklər. 
Azərbaycan çempionatına noyabrın 9-da qadınlardan ibarət “Azəryol” – “Gənclər Birliyi” görüşü ilə start veriləcək. Kişilərin mübarizəsi isə noyabrın 11-də “İdman Akademiyası” – “Dinamo” matçı ilə başlanacaq.

Digər Xəbərlər

“Bakı-2017”: Kişi həndbolçularımız İslamiadaya qələbə ilə başlayıblar

645 09.05.2017

Azərbaycanlı hakimlər Avropa çempionatında

693 06.08.2021

Həndbol yarışları dayandırıldı

865 16.03.2020

“Məhsul” komandası ilk məğlubiyyətlə barışıb

590 03.12.2017

“Azəryol” komandasından növbəti qələbə

844 10.11.2018

Azərbaycan çempionatında II turun növbəti oyunlarının nəticələri

475 19.11.2023

5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə bütün idman ictimaiyyətini səmimi qəlbdən təbrik edirik!

149 05.03.2024

Qadın həndbolçular kubok mübarizəsinə başladılar

746 15.01.2020