Azərbaycan çempionatı: II dövrənin növbəti turları yekunlaşıb

06.03.2023
859
Paylaş:

Kişi həndbolçuların Azərbaycan çempionatının II dövrəsinin növbəti turlarına yekun vurulub.


“AHF Arena” idman kompleksində XVII tura “İdman Akademiyası” - U-16 görüşü ilə start verilib. Çempionatın lideri bu görüşdə rəqibini böyük xal fərqi ilə üstələyib – 33:18.
“Məhsul” - RİOEUGİM matçında daha təcrübəli nominal ev sahibləri fasiləyədək üstünlüklərindən istifadə etməkdə çətinlik çəkiblər–15:14. İkinci hissədə təşəbbüsə yiyələnən “Məhsul” həndbolçuları pərəstişkarlarını inamlı qələbə ilə sevindiriblər - 42:23.
Turun son qarşılaşması da azarkeşlər tərəfindən maraqla gözlənilirdi. Mübahisəli epizodlarla yadda qalan “Dinamo” – “Bakı” görüşü dinamoçuların 39:29 hesablı qələbəsi ilə yekunlaşıb.
18-ci turun oyunları da favoritlərin üstünlüyü şəraitində keçib. Bu, qeydə alınan nəticələrdə də təsdiqini tapıb. 
“İdman Akademiyası” “U-16” –nı 41:22, “Məhsul” RİOEUGİM-i 42:31, “Dinamo” isə “Bakı” komandasını 39:32 hesabı ilə məğlub edib. 


18 turdan sonra yarış cədvəlinə 39 xalla “İdman Akademiyası” başçılıq edir. “Məhsul” 29 xalla ikinci yerdədir. İlk üçlüyü 27 xalla “Təhsil” qapayır. 4-cü pillədəki “Dinamo” ondan 3 xal geri qalır. RİOEUGİM-lə U-16 komandasının hərəyə 3 xalı var. “Bakı” 1 xalla autsayderdir.

Digər Xəbərlər

Həndbol üzrə Avropa çempionatı davam edir

708 06.08.2023

Çimərlik həndbolu üzrə Azərbaycan çempionatına hazırlıqla bağlı tədbir keçirilib

889 29.07.2017

Həndbol hakimlərimiz nüfuzlu yarışlarda

835 21.04.2022

“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

289 17.03.2024

Hakimlərimiz Avropa Kubokunun oyununa təyinat alıblar

455 12.01.2024

Azərbaycan Həndbol Federasiyasının rəsmisi növbəti təyinat alıb

363 17.01.2024

“Nur” və “Qarabağ” komandaları yoxlama görüşündə üzləşəcəklər

750 07.09.2017

2024-cü il Avropa çempionatının təsnifat mərhələsi: Şimali Makedoniya - Azərbaycan 40:17

589 11.10.2023