“Bakı” çətin Mingəçevir səfərindən xalla qayıtdı

17.03.2024
2180
Paylaş:

Kişi həndbolçuların Azərbycan çempionatında 14-cü turun mərkəzi matçı Mingəçevirdə  “Kür” və “Bakı” arasında olub. “Kür” Olimpiya Tədris-İdman mərkəzində təşkil olunan bu komandaların görüşü gərgin idman mübarizəsində keçib. Bərabər səviyyəli oyun nümayiş etdirən tərəflər fasiləyədək təşəbbüsə yiyələnmək istəyini reallaşdıra bilməyiblər. İlk hissənin yekununda “Kür” bir xallıq fərqlə irəli çıxıb - 13:12. Oyunun ikinci hissəsi daha maraqlı keçib. Hesabdakı üstünlüyü artırmağa çalışan Mingəçevir həndbolçuları rəqibin ciddi müqaviməti ilə üzləşiblər. Meydan sahibləri bəzi epizodlarda buna nail olsalar da, paytaxt təmsilçisi yüksək əzmkarlıq göstərib. Matçın son iki dəqiqəsini bir nəfər azlıqda keçirən və 24:26 hesabı ilə geridə olan “Bakı” yekunda çətin səfəridən xalla qayıtmağa nail olub. Belə ki, son dəqiqələrdə baş məşqçi Eldar Fərəcovun taymautu nəticəsini verib və “Bakı” həndbolçuları bərabərliyi təmin ediblər. Mübarizənin başa çatmasına saniyələr qalmış “Kür” cərimə zərbəsindən yararlana bilməyib. Beləliklə qarşılaşma 26:26 hesabı ilə yekunlaşıb. 


14 turdan sonra hesabında 20 xalı olan Mingəçevir klubu ilk pillədə qərarlaşıb. Ondan iki xal geri qalan “Bakı” və “Azəryol” ikinci-üçüncü yerləri bölüşür. 


Qadın həndbolçuların yarışında isə 12-ci turdan təxirə salınmış bir görüş keçirilb. Mingəçevirdə yerli “Kür” “İdman Akademiyası”nı qəbul edib. Matçın ilk hissəsini 20:10 hesabı ilə öndə başa vuran meydan sahibləri fasiləsindən sonra da üstünlüyünü əldən verməyib. 38:21.

Digər Xəbərlər

Avropa çempionatı: LTU (Litva) - AZE (Azərbaycan) 47:14

2900 09.08.2023

“Azəryol”da yeni transfer

478 28.10.2025

"Azərsu” və “Azəryol” komandaları növbəti qələbələrini qazanıblar

2798 24.11.2018

“Təhsil” ikinci pillədəki mövqeyini möhkəmlədib

1480 10.03.2025

Minayə Məmmədova: “Komandada dəyişikliklərin olması daha çox uğur qazanmağımıza imkan yaradacaq”

914 24.09.2025

"Qarabağ" liderlik mövqeyini möhkəmlədib

2672 07.11.2019

İsgəndər Əsgərov Rusiya və Slovakiya komandalarının oyununda

2541 30.01.2019

“Kür” mövsümü çempion üzərində qələbə ilə bitirdi

2043 13.05.2024